FHN Tibb Xidmətinin rəisi təyin olunan tanınmış qastroenteroloq kimdir?
Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış və təcrübəli həkimlərindən biri olan, 25 illik peşəkar təcrübəyə malik qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
"Qafqazinfo" xəbər verir ki, o, uzun illər ərzində ölkənin nüfuzlu tibb müəssisələrində qastroenteroloq kimi fəaliyyət göstərib, bu sahədə yüksək peşəkarlığı və bilikləri ilə fərqlənib. Bir il ərzində FHN Tibb Mərkəzində şöbə rəisi vəzifəsində çalışaraq həm təşkilati, həm də tibbi sahədə uğurlu fəaliyyəti ilə seçilib.
Arzu Yusifova 1978-ci ildə Bərdə şəhərində anadan olub.1994-2000-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2009-2011-ci illərdə Mərkəzi Gömrük Hospitalında, 2011-2012-ci illərdə Xüsusi Müalicə Sağlamlıq Kompleksində, 2012-2015-ci illərdə Respublika Diaqnostika Mərkəzində həkim-qastroenteroloq, hepatoloq invaziv endoskopist olaraq çalışıb.
2015-ci ildən etibarən Baku Medical Plazada fəaliyyət göstərir.
FHN naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Arzu Yusifovanın peşəkarlığı və uğurlu rəhbərlik qabiliyyəti nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinə rəhbər təyin olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır
Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
Sıxlığa görə 3 avtomobil yolu inşa ediləcək
Qurban Qurbanov futbolçularını SEVİNDİRDİ
Azərbaycanda toyda bu adət DƏYİŞDİ - VİDEO
Azərbaycan Müdafiə Nazirliyindən PUA-larla bağlı XƏBƏRDARLIQ
Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi: "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - VİDEO
Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?
Ərdəbildə minlərlə insan ayağa qalxdı
Zaurun əməkdar artistlə illər öncəki VİDEOsu müzakirə yaratdı
Corcinadan 20 milyon dollarlıq - Foto
Abbas Bağırov buna görə Gəncəyə köçüb
Borca görə ana və oğlunu döyüb - Bunu da etdi - Foto
80 yaşlı qayınanası ilə evləndi: qəribə evliliyin səbəbi nə olub?
"Tramp onu gizlicə İranin yeni lideri seçib" - KİV