Müdafiəsiz kenquruya edilən işgəncə Avstraliyada rezonans doğurdu - VİDEO
Avstraliyanın Şimal Bölgəsində müdafiəsiz bir kenquruya qarşı törədilən qeyri-insani rəftar sosial mediada böyük hiddət doğurub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Instagram platformasında yayılan görüntülərdə bir qrup kişi yerə yıxdıqları kenquruya təpik atır, daş atır və bütün bu zorakılığı gülərək izləyir.
Görüntülərdə bir kişinin kenqurunu qollarından tutub qaldıraraq başını park halındakı avtomobilin dəmir hissəsinə çırpdığı, digər bir şəxsin isə heyvanın başına təpik vurduğu, bir başqasının isə onun quyruğuna basdığı anlar yer alır.
Hadisədən sonra heyvan haqları ilə məşğul olan təşkilatlar dərhal hərəkətə keçib. "Aussies Against Animal Abuse" (Avstraliyalılar Heyvan Zorakılığına Qarşı) adlı qurum görüntüləri polisə və heyvanların müdafiəsi ilə məşğul olan rəsmi qurumlara təqdim edərək hüquqi prosesin başlanmasına nail olub. Təşkilatın yaydığı açıqlamada deyilir:
"Hər gün ürək ağrıdan görüntülərlə qarşılaşırıq, amma bu video tamam fərqli səviyyədə idi. İzləyərkən ürəyimiz buland".
Sosial mediada da reaksiya dalğa-dalğa yayılıb. Bir istifadəçi belə yazıb:
"Bu etdikləri iyrəncdir. Bu insanlar mütləq cəzalandırılmalıdır."
Avstraliya qanunlarına əsasən heyvana qarşı zorakılıq ciddi cinayət hesab olunur. Şimal Bölgəsinin qanunvericiliyinə görə heyvanı döymək, işgəncə vermək və ya yaralamaq 2 ilə qədər həbs və ya 37 min Avstraliya dollarına qədər cərimə ilə nəticələnə bilər. Əgər heyvana ciddi zərər dəyərsə və ya o ölərsə, cəza 5 ilə qədər həbs və ya 92 min 500 dollara qədər yüksələ bilər.
Hazırda məsələ Avstraliya Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyinin Heyvan Rifahı Bölməsi tərəfindən araşdırılır.
Təəssüf ki, bu cür hallar Avstraliyada ilk deyil. Bu ilin aprel ayında bir kişi, canlı kenqurunu avtomobilinin arxasına bağlayaraq təxminən 400 metr sürüklədiyi üçün məhkəməyə verilib. Digər bir hadisədə isə 64 yaşlı bir kişi şəxsi torpağında 71 kenqurunu öldürdüyünə görə 80 min dollar cərimə edilib.
Ekspertlər bildirirlər ki, Avstraliyada heyvanlara qarşı zorakılığın qarşısını almaq üçün cəmiyyətin daha çox maarifləndirilməsinə ehtiyac var. Hazırkı hadisə ilə bağlı hüquqi prosesin ciddi şəkildə izlənəcəyi qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR