Hindistanda sərnişin təyyarəsi tibb fakültəsinin yeməkxanasına düşdü: Çox sayda ölən var
Hindistanın Ahmedabad şəhərində yerləşən Sardar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından Londondakı Gatwick Hava Limanına yola düşən sərnişin təyyarəsi havaya qalxdıqdan cəmi bir dəqiqə sonra yaşayış məntəqəsinə düşüb.
Sonxeber.az xəbər verir ki, Hindistan mediasında yayılan xəbərlərə əsasən, "Air India 171" reysi ilə uçan təyyarədə neçə sərnişinin olduğu barədə rəqəmlər fərqli göstərilir.
Lakin India Today nəşri təyyarədə 230 sərnişin və 12 heyət üzvü olmaqla ümumilikdə 242 nəfərin olduğunu bildirib. Qəza baş verən təyyarədə 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşının olduğu qeyd olunub.
Hindistan polisi təyyarənin həkimlərin məskunlaşdığı yataqxana binasına çırpıldığını açıqlayıb. Məlumata görə, təyyarə Ahmedabad şəhərinin Meghani Nagar bölgəsində yerləşən BJ Tibb Fakültəsinin stajyor həkim və tələbələrinin qaldığı pansiyonun yeməkxanasına düşüb. Qəza zamanı yeməkxanada 50-60 stajyor həkimin olduğu bildirilir.
Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Sosial mediada yayılan görüntülərdə hadisə yerindən qalxan qatı qara tüstü müşahidə olunub. Qəza anını əks etdirən videolarda təyyarənin sanki alov topuna çevrildiyi görünür.
Hadisə ilə əlaqədar hava limanı və ətraf yolların bağlandığı, əraziyə çox sayda təcili yardım briqadasının göndərildiyi bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1241 Tarix: 12 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrEstetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl
11 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabr