"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - AÇIQLAMA

"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - AÇIQLAMABakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs öyrədərkən uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

"Bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma çərçivəsində müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.

Xatırladaq ki, mayın 27-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbin ibtidai sinif müəlliminin 1-ci sinif şagirdlərinin ağzını "skoç"ladığını əks etdirən görüntüləri paylaşılmışdı.

"İlk növbədə qeyd edim ki, Bakıda yerləşən məktəblərdən birində müəllimin şagirdlərin ağzını skoçla bağlaması ilə bağlı yayılan xəbər, təkcə fərdi etik pozuntu kimi deyil, bütövlükdə məktəbdaxili nəzarət mexanizmlərinin, pedaqoji mədəniyyətin və psixoloji dəstək sistemlərinin zəifliyinin acı təzahürüdür. Bu kimi halların baş verməsi cəmiyyətin təhsilə etibarını sarsıdır, müəllim peşəsinin ictimai nüfuzunu zədələyir və uşaqların təhsil mühitində psixoloji təhlükəsizliyini sual altına alır" - bunu Sonxeber.az -a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib:

"Azərbaycan Respublikasının Konstitusiyası və "Təhsil haqqında" Qanunun 22.2-ci maddəsinə əsasən, təhsilalanların şəxsiyyəti, ləyaqəti və sağlamlığı toxunulmazdır. Həmçinin "Uşaq hüquqları haqqında" Qanunun 10-cu maddəsində uşağın psixoloji və fiziki zorakılıqdan qorunması dövlətin birbaşa öhdəliyi kimi təsbit olunub. Müəllimin bu cür davranışı isə sadəcə etik yox, hüquqi baxımdan da qəbuledilməzdir və konkret məsuliyyət doğurur.

Bundan əlavə, bu hadisə məktəblərdə müəllimlərin psixoloji hazırlığının və peşəkar davranış standartlarının formalaşmasında ciddi boşluqlar olduğunu göstərir. Müəllim yalnız bilik ötürən deyil, həm də tərbiyəçi, nümunə və qayğı göstərən şəxs olmalıdır. Əgər bir müəllim şagirdin intizamını təmin etmək üçün zorakı və alçaldıcı üsula – yəni skoçla ağzını bağlamağa – əl atırsa, bu, artıq pedaqoji metodların yoxluğu deyil, açıq zorakılıq aktıdır.

Təəssüf ki, bu kimi hallar son illərdə təhsildə psixoloji yükün artması və müəllimlərə yönəlik sistemsiz təzyiqlərlə də əlaqəlidir. Müəllimə təlim-tərbiyə prosesi üçün nə vaxt, nə metodoloji dəstək, nə də adekvat psixoloji yardım göstərilir. Lakin bu, heç bir halda uşağa qarşı zorakı yanaşmanı əsaslandıra bilməz. Müəllim psixoloji yüklənmədən əziyyət çəkirsə, bu onun davranışının hüquqi və əxlaqi məsuliyyətini azaltmır.

Dünya təcrübəsində belə hallar ciddi intizam və hüquqi məsuliyyət doğurur. Məsələn, ABŞ-da və Avropa ölkələrində bu cür davranış müəllimin dərhal işdən uzaqlaşdırılması, peşə hüququndan məhrum edilməsi və hətta cinayət məsuliyyəti ilə nəticələnir. Finlandiya, Norveç, Almaniya kimi ölkələrdə müəllimlər hər il mütləq psixoloji xidmətlərdən keçir, konfliktin idarə olunması və sinif menecmenti üzrə sertifikatlı təlimlərə qatılırlar.

Azərbaycanda isə bu sahədə ciddi boşluq var. Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir, rəhbərlik isə bu cür halları ört-basdır etməyə və ictimaiyyətdən gizlətməyə çalışır. Bu, uşaqların təhsildə təhlükəsizliyini deyil, məktəbin reputasiyasını önə çəkmək anlamına gəlir və daha böyük problemlərə zəmin yaradır.

Hadisənin baş verdiyi məktəbdə dərhal araşdırma aparılmalı, müəllim hüquqi məsuliyyətə cəlb olunmalı, eyni zamanda məktəbdəki idarəetmə və psixoloji dəstək sisteminin fəaliyyəti də təftiş edilməlidir. Bununla yanaşı, təhsil işçiləri üçün etik davranış kodeksi praktik olaraq icra olunmalı, hər məktəbdə müntəzəm psixoloji və pedaqoji davranış təlimləri təşkil edilməli, uşaq hüquqları üzrə maarifləndirmə gücləndirilməlidir.

Bu hadisə bir xəbər kimi deyil, ciddi bir siqnal kimi qəbul olunmalı, sistemin dayanıqlığını və insani dəyərlər üzərində qurulmasını təmin etmək üçün dərhal tədbirlər görülməlidir. Əks halda, gələcəkdə bu kimi halların sayı arta bilər və məktəb – cəmiyyət üçün inam mərkəzi yox, qorxu mənbəyinə çevrilə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1805   Tarix: 12 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?

Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında

22 sentyabr
.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr