Məktəbdə silahlı hücuma məruz qalan müəllim həyatını itirdi
Türkiyənin Konya şəhərində yerləşən orta məktəbdə baş verən silahlı hücum nəticəsində məktəbin psixoloq-müəllimi Muhammed Öz həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 14:00 radələrində Karatay rayonunun Fəth məhəlləsindəki Fəthkent İmam Hatip Orta Məktəbində qeydə alınıb.
Məktəbə daxil olan bir şəxs ov tüfəngi ilə müəllim Muhammed Öz-ə atəş açıb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Tibbi müayinə zamanı müəllimin hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib.
Hadisə ilə bağlı bir nəfər saxlanılıb. Məktəbdəki şagirdlər təhlükəsizlik məqsədilə dərhal təxliyə olunub. Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1131 Tarix: 12 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmişlidə kişi evi ilə birlikdə yandı
İmişli rayonunu Qaralar kəndində fərdi yaşayış evi yanıb. APA-ya istinadla xəbər verir ki, kənd sakini Akif Mədət oğluAbşova məxsus evdə baş verən yanğının söndürülməsinə İmişli Rayonu Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb. Hadisə zamanı ev sahib
11 aprelTikintidə həyatını itirən İlkinin FOTOSU
Ötən gün Ağdamda 36 yaşlı şəxs bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, işğaldan azad edilmiş Eyvazxanlı kəndində aparılan tikinti işləri zamanı İlkin Mahir oğlu Babayev həlak olub. İ.Babayevin fotosunu təqdim edirik:
12 aprel"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi
"Azəriqaz" İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə istehsalat birliyi məlumat yayıb. Bildirilib ki, Zabil İbayev ailəli olub, bir övladı var. O, "Azəriqaz" İB-də əmək fəaliyyət
10 aprelEskalatora əli ilişən 3 yaşlı uşağın barmağı qopdu - VİDEO
Türkiyənin Mardin vilayətinin Kızıltepe rayonunda yerləşən ticarət mərkəzində baş verən hadisə azyaşlının ağır xəsarət alması ilə nəticələnib. türk mediasına istinadən xəbər verir ki, eskalatora əli sıxılan 3 yaşlı uşağın barmağı qopub. Hadisə axşam saatlarında rayon ərazisindəki alış-veriş mərkəzlərində
10 aprelSalyanda yol qəzası olub, ölən və xəsarət alanlar var
Salyanda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, hadisə Yeni Ələt-astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınınb. Belə ki, "Opel" markalı avtomobil idarəetmədə
12 aprelÖtən gün 40 kiloqramdan çox narkotik aşkarlanıb
Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb. Bu barədə -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 42,4 kiloqramdan çox marixuana
11 aprelTək yumruq zərbəsi həyatını məhv etdi: ailə verilən cəzaya etiraz etdi
Yeddi il əvvəl aldığı tək yumruq zərbəsi ilə həyatı tamamilə dəyişən Simon Hackettın ailəsi hücum edən şəxsə verilən cəzaya etiraz edib. Hackettın bacısı verilən həbs cəzasının yaşanan acının qarşılığı olmadığını bildirərək "ədalət yoxdur" deyib. xarici mediaya istinadən xəbər verir ki, hadis
13 aprel