Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..."
Bakıda lüks avtomobillə avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşdirilərək saxlanılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 2005-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Şahin Məsimov "Mercedes-Benz CLS 63 AMG" markalı avtomobillə Nərimanov rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edib.
O, avtomobili qəfil sürətləndirərək, yolun səthində təkər izləri buraxmaqla və güclü sürtünmə səsləri yaratmaqla ictimai qaydanı və əhalinin dincliyini pozub. Bu hərəkətləri ilə o, cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirərək, yol hərəkəti qaydalarını davamlı şəkildə pozub.
Faktla bağlı Şahin Məsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi üzrə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmə prosesində Məsimov törətdiyi əməldən peşman olduğunu bildirib və qeyd edib ki, sanitar su qovşağına tələsdiyindən avtomobili yüksək sürətlə idarə edib.
Məhkəmənin qərarı ilə o, qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinib və bir il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə yanaşı, 500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, Şahin Məsimov "Esma Kivos Ceramic" MMC-də satış üzrə direktor vəzifəsində çalışır. Onun atası Emil Elbrus oğlu Məsimov isə həmin şirkətin qanuni təmsilçisi və baş direktorudur. "Esma Kivos Ceramic" MMC hamam otaqları üçün mebel və digər avadanlıqların topdan satışı ilə məşğuldur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR