"Talış mətbəxi"nin sahibi xidmətçi qadını döydü - Məhkəmə qərar verdi
Bakıda fəaliyyət göstərən "Talış mətbəxi" kafesinin rəhbəri xidmətçi qadına zor tətbiq etdiyi üçün məhkəmə qarşısına çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, 1970-ci il təvəllüdlü, Lerik rayonunun Lüləkəran kənd sakini Hikmət Səmədov (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
İttihama görə, Hikmət Səmədovun icarə əsasında işlətdiyi Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Talış mətbəxi" kafesinde xidmətçi kimi çalışan Məlahət adlı qadınla insident yaşanıb.
Hadisə gecə saat 01:00 radələrində baş verib. Məlahət evə getmək istədiyini və yorulduğunu bildirərək icazə istəyib. Kafedəki gərginlik bundan sonra başlayıb. İddialara görə, Hikmət Səmədov qadına getməyə icazə verməyib, xidmətini davam etdirməyi tələb edib. Bu səbəbdən tərəflər arasında mübahisə düşüb.
Əsəbiləşən Hikmət əvvəlcə əlindəki pivə bakalını yerə çırparaq sındırıb, daha sonra isə qadının sinəsinə yumruqla zərbə endirib və ona xəsarət yetirib.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxsə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, bu müddət ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 761 Tarix: 13 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabr