Ukrayna Azərbaycanla akademik əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
Ukrayna Azərbaycanla təhsil sahəsində əlaqələrin genişləndirilməsində maraqlıdır.
"Report"un xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda Ukrayna ali təhsil müəssisələrinin sərgisinin açılış mərasimində deyib.
O, həmçinin bildirib ki, azərbaycanlı tələbələrin Ukraynada təhsil alması yerli universitetlərin təhsil sisteminə inamı nümayiş etdirir.
"Bu gün dörd mindən çox Azərbaycan vətəndaşı Ukraynada ali təhsil alır. Bu, Ukrayna universitetlərinə və təhsil sistemimizə etimadın bariz göstəricisidir", - səfir bildirib.
Y.Qusev əlavə edib ki, Kiyev Bakı ilə təhsil mübadiləsində maraqlıdır.
"Biz Ukrayna ilə Azərbaycan arasında akademik mübadilələrin, ikili diplom proqramlarının, birgə tədqiqat layihələrinin və tələbə mobilliyi imkanlarının daha da inkişaf etdirilməsində xüsusilə maraqlıyıq", - diplomat vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 411 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Lerik, Quba və Qaxa (Sarıbaş) qar, əksə
4 fevralKamran Əliyevdən daha bir təyinat
Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub. Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsində təyin olunub. Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyi
3 fevral"Bona Dea" Nigar Köçərlini məhkəmə verdi
"Liv Bona Dea" Hospital "Əli və Nino" kitab mağazasının sahibi Nigar Köçərlini məhkəməyə verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb. Buna səbəb kimi hospitalın nüfuzauna xələl gətiriləcək paylaşımların edilməsi göstərilir: "Son dövrlərdə "Li
4 fevral"Kömək istəmək zəiflik deyil, psixoloji sağlamlıq göstəricisidir" - AÇIQLAMA
Bəzən insanın ən çox ehtiyacı olan şey dəstək olduğu halda, o, məhz həmin anda susmağı seçir. Kənardan baxanda bu qəribə görünə bilər: insan əziyyət çəkir, amma kömək istəmir. Halbuki psixoloji baxımdan bu davranışın arxasında mürəkkəb emosional mexanizmlər dayanır və onların ən güclülərindən biri utan
3 fevralBakıda binanın fasadı uçaraq maşınları zədələdi - Video
Bakıda çoxmərtəbəli binanın fasadı güclü küləyin təsiri ilə uçub. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu General Əliağa Şıxlinski küçəsi 42 ünvanında baş verib. Həmin ünvanda yerləşən yeni tikilmiş çoxmərtəbəli binanın fasad örtüyü qoparaq həyətdəki maşınların üzərinə tökülüb. Nəticəd
4 fevralBakıya qar yağacaq
Fevralın 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 4-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, sabah gün ərzində və fevralın 5-i gecə bəzi yerlərdə yağışı
3 fevral