Torpaq özəlləşməsində mühüm addım

Torpaq özəlləşməsində mühüm addımAzərbaycanda torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması sahəsində qanunvericiliyə dəqiqləşmələri nəzərdə tutan dəyişikliklər hazırlanıb.

Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif olunan dəyişikliklər artıq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilmiş iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə verilən izahatdan aydın olur ki, sənəd Konstitusiya Məhkəməsinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 15-ci maddəsinin şərh edilməsinə dair" 28 mart 2017-ci il tarixli qərarından, eyniadlı 10 dekabr 2024-cü il tarixli qərardadından irəli gələrək hazırlanlb. Bu sənədlərdə göstərilir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Eyni zamanda bu mövqe əsas götürülməklə daşınmaz əmlakın dövlət qeydiyyatından imtina edilməsinin qanunvericilik qaydasında tənzimlənməsi tövsiyə edilib. Qərarda həmçinin deyilir ki, Konstitusiyanın 25-ci maddəsinin, habelə "İnzibati icraat haqqında" qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqanın müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarlar qəbul etməsi yolverilməzdir. "Konstitusiya Məhkəməsi haqqında" qanuna əsasən qurumun qərarları ölkə ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır.

Bildirilir ki, praktikada hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə göstərilən torpağın kateqoriyası (məqsədli təyinatı) ilə dövlət torpaq kadastrında saxlanılan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriya) arasında uyğunsuzluq hallarına rast gəlinir. Bu məsələ ilə bağlı qanunvericilikdə dəqiq tənzimləmə olmadığından qeydiyyat orqanlarının hüquqların qeydiyyatından imtina barədə qərarlarından məhkəmələrə müraciət edilirdi. Bu isə çoxsaylı məhkəmə mübahisələrinin yaranmasına və eyni zamanda fərli məhkəmə qərarlarının qəbuluna səbəb olurdu. Məsələnin aktuallığını nəzərə alaraq və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan hüquqi mövqeləri müəyyən etsə də, bu sahədə yaranan məsələlərin qanunvericilik qaydasında tənzimlənməsinə zərurət formalaşıb. Qeyd olunanları nəzərə alaraq, müvafiq qanun layihəsi təqdim olunub.

Qanun layihəsimə əsasən qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq. Qeyd etmək lazımdır ki, bu cür araşdırmanın aparılmasının qanunvericilikdə təsbit olunmaması səbəbindən məsələ tam araşdırılmır, bəzən qeyri-müəyyən qalırdı. Eyni zamanda belə araşdırmanın aparılması qeydiyyat orqanının mülahizəsindən asılı olurdu. Aparılan araşdırmanın nəticəsinə əsasən aşağıdakı tədbirlər görüləcək:

- təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir;

- təqdim edilən sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

Beləliklə, qanun layihəsi qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə müvafiq araşdırmanın aparılmasının, araşdırma nəticəsində uyğunsuzluq təsdiq edildikdə isə torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsinin hüquqi əsaslarını təsbit edir.

Qeyd edək ki, torpaqların kadastr məlumatı ilə özəlləşdirmə üçün təqdim olunan sənədlərdəki məlumatı arasındakı fərq uzun illərdir həm fiziki şəxslərə, həm də sahibkarlara ciddi problemlər yaradırdı. Qanunverici bazadakı boşluqlar xüsusilə də Bakı və ətraf qəsəbələrdə yerləşən torpaqlarla bağlı qeydiyyat orqanı nümayəndələrinin bu məsələdən sui-istifadə etməsinə, bir çox hallarda isə qanunsuz tələblərin meydana çıxmasına səbəb olurdu. Məhz bu tələblərə görə əksər hallarda torpaq sahələrinin sahibləri məhkəmələrə üz tuturdular.

Konstitusiya Məhkəməsinin qərarı, ardınca "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna ediləcək dəyişiklik problemin vətəndaşların xeyrinə həllində mühüm rol oynaya bilər.

Bu dəyişiklik həmçinin özəlləşdirilmiş bir sıra bina və qurğuların altında yerləşən torpaq sahələrinin özəlləşdirilməsi sahəsində problemlərin həllində mühüm rol oynaya bilər. Məlumdur ki, Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi çərçivəsində çoxsaylı müəssisələrin bina və qurğuları özəlləşdirilib. Lakin həmin bina və qurğuların altındakı torpaqların təyinatı torpaq kadastrında fərqli, əsasən kənd təsərrüfatı təyinatlı qeyd edildiyinə görə sahibkarlar həmin sahələri özəlləşdirə bilmirlər. Qanunvericiliyə olunan dəyişiklik bu sahədə problemlərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər./Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1009   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib

22 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

Vahid forma, vahid qayda, bərabər imkan: Məktəbli geyimi ətrafında yeni yanaşma

Məktəbli forması haqqında müzakirələri yalnız geyim məsələsi kimi təqdim etmək mövzunun mahiyyətini daraltmaq deməkdir. Əslində vahid məktəbli forması məktəb mühitində bərabərlik, intizam, sosial münasibətlər, valideyn-məktəb əməkdaşlığı, uşağın rahatlığı və təhsil müəssisəsinin daxili mədəniyyəti il

22 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

22 sentyabr
.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr