Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT

Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜATBakının Qaradağ rayonunda 27 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla ailə qurduğu üçün məsuliyyətə cəlb olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1998-ci il təvəllüdlü Bakı sakini Asim ötən il oktyabrın 14-də yetkinlik yaşına çatmayan Könül (adlar şərti verilib – red.) ilə qeyri-rəsmi nikaha daxil olub. Rayon ərazisindəki şadlıq evlərindən birində toy mərasimi keçirilib.

İstintaq orqanı tərəfindən Asimin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailəsinin və özünün istəyi, qonşuluqda yaşayan Könülün və anasının razılığı ilə ailə həyatı qurublar: "Könül ağıllı və tərbiyəli qız olduğu üçün onunla ciddi münasibətlər qurmuşam. Ailə üzvlərimin xəstə olması səbəbi ilə qərara gəldik ki, toyu tez edək".

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 14-də qohumların iştirakı ilə şadlıq sarayında toy məclisi təşkil ediblər: "Könül yaşadığımız evə gəlin köçdü. Könüllə cinsi əlaqədə oldum və birlikdə yaşamağa başladıq. Bir neçə gün sonra polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslə evləndiyim üçün məni bölməyə dəvət etdilər".

İş üzrə ifadə verən Könülün sözlərinə görə, anası Sona ilə birlikdə yaşayıb: "Mən 9-cu sinfi bitirmişəm, işləmirəm və heç bir fərdi əmək fəaliyyəti ilə məşğul olmuram. Oktyabrın 14-də anamın və öz istəyimlə qonşuluqda yaşayan Asimlə ailə həyatı qurduq".

Onun sözlərinə görə, bir müddət nişanlı olublar: "Biz bir-birimizi tanımışıq və sevmişik. Bir müddət nişanlı qaldıqdan sonra ailə qurmağa qərar verdik. Asimin valideynləri xəstə olduğundan düşündük ki, qeyri-rəsmi nikaha daxil olaq və ailə kimi yaşayaq. Asimin anası bizə elçi gəldi. Anam onları tanıdığından etiraz etmədi".

Könülün bildirdiyinə görə, toydan bir neçə gün sonra ona yetkinlik yaşına çatmadığı üçün ailə qurmasının cinayət məsuliyyəti yaratdığı məlum olub: "Mən də Asimin tutulmasından qorxdum. Buna görə qərara gəldik ki, 18 yaşım tamam olanadək anamlabirlikdə yaşayım. Hazırda anamla qalıram".

İş üzrə şahid qismində ifadə verən şəxslərdən biri də yetkinlik yaşına çatmayan Könülün atası Sabirdir. Sabirin ifadəsindən məlum olur ki, qızının ərə verilməsindən xəbəri olmayıb.

Sabir ifadəsində göstərib ki, Könül onun Sona ilə rəsmi nikahlarından 3-cü övladıdır: "Sona ilə 5 ilə yaxındır rəsmi qaydada boşanmışıq, mən hazırda Astara rayonunun kəndində tək yaşayıram, 2-ci qrup əliləm. Övladlarım, keçmiş həyat yoldaşım Sona ilə birlikdə Qaradağ rayonunun Qobustan qəsəbəsində qalırlar.

Yetkinik yaşına çatmayan uşağımın ailə qurmasına qarşıyam, qızımın evlilik xəbərini eşidən kimi dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi ilə əlaqə saxladım, bu barədə məlumat verdim".

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Asimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 838   Tarix: 28 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

22 sentyabr
.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye

21 sentyabr
.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

Alim Qasımovdan əl çəkin!

Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir

21 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr