Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.
"Report"un məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutun məzunu olmaq qürurverici və məsuliyyətlidir:
"Sevindirici haldır ki, iştirak etdiyimiz təntənəli buraxılış mərasimi əlamətdar bir ilə təsadüf edir. Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" kimi böyük təntənə ilə qeyd edilir. Həmçinin xalqımız Vətən müharibəsinin beşinci ildönümünü qeyd etməyə hazırlaşır. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində müasir Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla bölgədə sülh və əmin-amanlığın təminatçısına çevrilib. Ordu quruculuğunun əsas istiqamətlərindən biri olan hərbi təhsil sahəsində aparılan uğurlu islahatlar artıq öz bəhrəsini verir".
Nazir bildirib ki, Azərbaycan Ordusunun peşəkar hərbi kadrlarla təmin olunmasında Hərbi İnstitutun rolu əhəmiyyətli və danılmazdır:
"İnstitutun məzunları Birinci və İkinci Qarabağ müharibələrində, eləcə antiterror və digər əməliyyatlarda fəal iştirak edib ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası naminə göstərdikləri qəhrəmanlıq və şücaətlərə görə yüksək dövlət təltiflərinə layiq görülüblər. Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı döyüş əməliyyatları, nəhayət, 2023-cü ildə keçirilən antiterror əməliyyatı hərbi qulluqçuların peşəkarlığını, şəxsi heyətin Qələbə əzmini yüksək olduğunu göstərdi. Təntənəli mərasimdə bütün şəhidlərimizi, o cümlədən Hərbi İnstitutun şəhid və kursantlarını dərin ehtiramla yad edir, döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçulara Allahdan şəfa diləyirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı