"Qalatasaray"ın futbolçusuna rekord təklif - "Cim-Bom"dan iki transfer

"Qalatasaray"ın futbolçusuna rekord təklif - "Cim-Bom"dan iki transfer"Qalatasaray"ın hücumçusu Barış Alper Yılmaz üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Neom" rekord məbləğli təklif irəli sürüb.

Qaynarinfo xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, "Neom" 24 yaşlı futbolçu üçün 30+5 milyon avro məbləğində transfer paketi təqdim edib. Klub Barış Alperə də yüksək məvacibli müqavilə təklif edib. Lakin "Qalatasaray" rəhbərliyi bu məbləğə baxmayaraq, geri addım atmaq niyyətində deyil və təklifi rədd etməyi düşünür.

Bu arada, "Qalatasaray" qapıçı transferini həll etməyə çalışır. PSJ-nin qapıçısı Canluici Donnarummanın transferi ilə bağlı Paris klubu ilə "Mançester Siti" arasında danışıqlar davam edir. İngiltərə mətbuatının yazdığına görə, tərəflər 40-45 milyon avro qarşılığında razılığa yaxınlaşıb. Bu transfer rəsmiləşərsə, "Mançester Siti" hazırkı qapıçısı Edersonun ayrılmasına icazə verəcək.

"Qalatasaray" isə Edersonla illik 7 milyon avro məvacib müqabilində razılığa gəlib. Klubun braziliyalı qapıçı üçün təxminən 10 milyon avro transfer pulu ödəməsi nəzərdə tutulur.

Baş məşqçi Okan Buruk məsələ ilə bağlı deyib: "Ederson transferi bizim əlimizdə deyil. Onun klubuyla müqaviləsi davam edir. Donnarumma faktoru da var. Transferlərin kommersiya tərəfinə isə prezidentimiz qərar verir. Siyahımızda 7-8 qapıçı var. Transfer üç günə də, bir həftəyə də, on günə də baş tuta bilər".

Viktor Osimhen və Leroy Saneni heyətinə qatan "Qalatasaray" daha bir yüksək səviyyəli transferə yaxınlaşır. Klub "Mançester Siti"dən isveçrəli müdafiəçisi Manuel Akanji ilə razılıq əldə etmək üzrədir.

Türk rəsmilərin İngiltərəyə səfəri zamanı tərəflərin 15 milyon avro qarşılığında ilkin razılığa gəldiyi bildirilir. "Qalatasaray"ın 24 saat ərzində Akanjiyə də rəsmi təklif göndərəcəyi gözlənilir.

Dünya futbol mediasında məşhur italyan jurnalist Fabrizio Romano tərəflərin razılığa gəldiyini açıqlasa da, futbolçu sosial şəbəkədə "Bu barədə heç nə bilmirəm" şərhi ilə diqqət çəkib. Ardınca Romano paylaşımı silərək, İstanbulda oyunçunun nümayəndələri ilə razılaşma əldə olunduğunu bir daha təsdiqləyib.

Məlumata görə, Akanjinin meneceri artıq İstanbulda olub və razılıq əldə edildikdən sonra "Qalatasaray" rəhbərliyi danışıqları yekunlaşdırmaq üçün Londona yola düşüb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1844   Tarix: 22 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bu gün də Qurban müəllimin yanındayam" - Tahir Gözel

"Qarabağ" FK-nın prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Kiyev "Dinamo"su ilə cavab oyunu ərəfəsində komandasının hədəflərinin böyük olduğunu və onlara inandığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Qarabağ"ın sosia

11 avqust
.

"Real" və "Barselona" İstanbulda oynayacaq

İspaniya Superkubokunun matçları İstanbulda keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Oyunlar fevralın 2-dən 7-dək baş tutacaq. Superkubok uğrunda "Real", "Barselona", "Real Sosyedad" v

13 avqust
.

Elvin zədələnərək meydanı tərk etdi

Hazırda davam edən "Dinamo" - "Qarabağ" matçında Ağdam təmsilçisinin müdafiəçisi Elvin Cəfərquliyev zədələnib. "Qafqazinfo" xəbər verir ki, Kiyev klubunun hücumu zamanı əzələsini dartan futbolçu oyunu davam etdirə bilməyib və 75-ci dəqiqədə məcburi şəkildə əvəzlənib. Onu

6 avqust
.

Ronaldo toy sonrası imicini DƏYİŞDİ

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo toyundan sonra görünüşündə dəyişiklik edib. xəbər verir ki, 41 yaşlı hücumçu saçlarını narıncı-qırmızı rəngə boyadıb. Futbolçu yeni imicini sosial media hesabında paylaşdığı görüntülərlə nümayiş etdirib. Qeyd edək ki, Ronaldonun model Corcina Rodrigeslə toy xəbər

14 avqust
.

"Qarabağ" pley-offda! - Video-Yenilənib

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da 3-cü mərhələnin cavab matçına çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək

13 avqust
.

Vədinə sadiq qalıb saçlarını çəhrayıya boyadı - Foto

İspaniya millisinin ulduz futbolçusu Qavi verdiyi vədi yerinə yetirib. Gənc yarımmüdafiəçi İspaniya dünya kubokunu qazandığı təqdirdə saçlarını çəhrayı rəngə boyayacağını açıqlamışdı və çempionluqdan sonra bu addımı atıb. "Qafqazinfo" xəbər verir ki, Qavi yeni görünüşünü sosial şəbəkə hesabınd

6 avqust
.

"Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "Roma" klubu yarımmüdafiəçi Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb. "Report" xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. 30 yaşlı futbolçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmada sözləşmənin daha bir mövsü

9 avqust
.

Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycan Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatında 13 idmançı ilə təmsil olunacaq. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Avqustun 13-də startı veriləcək yarış 9 gün davam edəcək. Məşqçilər korpusu U-19 Avropa çempionatınd

10 avqust
.

"Sumqayıt" - "Neftçi" matçının məkanı dəyişdi

Azərbaycan Premyer Liqasının I turunun "Sumqayıt" - "Neftçi" görüşü Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq. xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisi məlumat yayıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə gör

10 avqust