Bakıda ən ucuz mənzillər bu rayonlarda satılır

Bakıda ən ucuz mənzillər bu rayonlarda satılırMənzil bazarının dəyərinə görə paytaxtın bahalı rayonları Nəsimi və Səbail rayonlarıdır. Orta qiymətə mənzillər də daha çox Nizami və Xətai rayonunda təklif olunur. Ucuz mənzillərə gəldikdə isə minimal qiymətlərə Qaradağ, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında rast gəlinir.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

Onun sözlərinə görə, bu gün Bakda mənzilin 1 kvadratmetrinin orta qiyməti 2500 manatdır: "Əgər əvvəllər bu rəqəm 1500 manat civarında idisə, bu gün artıq orta rəqəm 2500 manat ətrafındadır".

Ekspert həmçinin vurğulayıb ki, Bakıda mənzillərin qiyməti ilin əvvəli ilə müqayisədə 10%-dən artıq artıb: "Bəzi seqmentlərdə hətta 15%-dir. Ən çox tələbat yeni tikililərdə 100 kvadratmetrə qədər olan mənzillərədir. 100 kvadratmetrə qədər olan mənzillərdə təxminən 15%-ə qədər qiymət artımı var. Amma, ümumilikdə götürsək, məsələn, 200-300 kvadratmetr olan mənzillərdə bu qiymət 10%-ə qədərdir. Çünki yeni tikililərdə bir amil var ki, böyük kvadratlıq sahələr nisbətən daha ucuzdur".

"Məsələn, binada sahəsi 100 kvadratmetrə qədər olan mənzildə 1 kvadratmetri 2500 manata satılırsa, ondan çox sahəyə malik olanlar 2200 və 2300-ə təklif olunur. Mərtəbəsindən asılı olaraq da bu qiymətlər dəyişə bilir. Yeni tikililərdə ən uyğun, ən baha olan mərtəbələr 8 və 12-ci mərtəbələrdir. Ondan aşağı və ondan yuxarı mərtəbələr isə daha ucuz təklif olunur", - ekspert əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4429   Tarix: 16 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında avqustun 26-dan 29-dək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal

25 avqust
.

Laçın Şəhəri Günü: Zəfərimizin, Böyük Qayıdışımızın və dirçəlişimizin ünvanı

Laçın - tariximizin, milli yaddaşımızın və Böyük Qayıdışımızın simvollarından biri. Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri özünəməxsus təbiəti, zəngin tarixi, qədim mədəni irsi və strateji coğrafi mövqeyi ilə ölkəmizin tarixində xüsusi yer tutur. Bu gün Laçın təkcə gözəl dağ şəhəri kimi deyil

26 avqust
.

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Avqustun 20-də Tovuz rayon sakini, 24 yaşlı Lalə Quliyeva beş aylıq hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan həyatını itirib. TƏBİB-in məlumatına görə, qadın Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə gətirilib. Lakin abortun hansı tibb müəssisəsində və kim tərəfindən aparıldığı açıqlanmayıb. Qey

26 avqust
.

Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Bu axşam saat 20:45-də "Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək. xəbər verir ki, bu barəd

25 avqust
.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. xatırladır ki, Prezident İlham Əliyevin xanımı, Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərə

26 avqust
.

Yeni Zelandiya uşaqları sosial mediadan uzaqlaşdırır

"Yeni Zelandiyanın Baş naziri Kristofer Laksonun təşəbbüsü dünyada uşaqların rəqəmsal təhlükəsizliyi məsələsinin artıq dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini göstərir". Bu sözləri -a Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili, filologiya elmləri doktor

26 avqust
.

Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib

Məhkəmə zalından azadlığa buraxılan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov barəsində olan hökmdən apellyasiya protesti verilib. APA-ya istinadən xəbər verir ki, iş Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq. Məhkəmənin ilk baxış iclasının vaxtı məlum deyil

25 avqust
.

Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub

Lerik rayonunun Davradibi və Dico kəndlərində elektrik naqilləri və dirəklərin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, elektrik xətlərindəki nasazlıqlar səbəbindən son iki il ərzində 5-6 iribuynuzlu mal-qara cərəya

25 avqust
.

Bu şəhid övladları tələbə oldular - Adlar

Bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladlarının adları açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. Onların siyahısını təqdim edirik:. 1. Şəhid Baş çavuş Rəhimov Ruslanın övlad

25 avqust