"Azərbaycan bu prosesin həm ideya mərkəzi, həm də icra lokomotivi kimi çıxış edir" - DEPUTAT

"Azərbaycan bu prosesin həm ideya mərkəzi, həm də icra lokomotivi kimi çıxış edir" - DEPUTAT"7 oktyabr 2025-ci il tarixində Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) "Regional sülh və təhlükəsizlik" mövzusunda XII Zirvə görüşü, Türk dünyasının birliyi üçün növbəti strateji səhifədir. Bu Zirvə təkcə siyasi bəyanatların mübadiləsi deyil, həm də enerji, nəqliyyat, iqlim, təhlükəsizlik və humanitar əməkdaşlıq xəttində konkret layihələrin irəli aparılması üçün həlledici platformadır. Azərbaycan bu prosesin həm ideya mərkəzi, həm də icra lokomotivi kimi çıxış edir.
2009-cu ildə Naxçıvan Sazişi ilə təməlləri qoyulan və 2021-ci ildə struktur baxımından yenilənərək "Türk Dövlətləri Təşkilatı" adını alan format, türkdilli dövlətləri vahid strateji məkruma gətirdi. Azərbaycan bu inteqrasiyanın həm siyasi memarı, həm də praktik daşıyıcısıdır. Şuşada (2024) və Budapeştdə (2025) keçirilən qeyri-rəsmi Zirvələrdə Prezident İlham Əliyevin irəli sürdüyü istiqamətlər – əlaqələrin institusionallaşması, maliyyə dayanıqlığının gücləndirilməsi, nəqliyyat və enerji körpülərinin qurulması – bu gün TDT gündəliyinin əsas sütunlarıdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

"Azərbaycan bu prosesin həm ideya mərkəzi, həm də icra lokomotivi kimi çıxış edir" - DEPUTATO, açıqlamasında qeyd edib ki, Azərbaycanın yerləşdiyi məkan Şərq-Qərb tranzitinin sinir mərkəzidir:

"Bakı-Tbilisi-Qars xəttinin daşıma qabiliyyəti Azərbaycanın sərmayələri hesabına əvvəlki illərlə müqayisədə xeyli artıb; Transxəzər (Orta Dəhliz) üzrə rəqəmsal ticarət və limanlararası vahid logistika platforması üzərində iş gedir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə gücü 15 milyon tondan 25 milyon tona yüksəldilir; Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa olunur. Xəzərdə 50-dən çox ticarət gəmisi fəaliyyət göstərir.
Cənubi Qafqazda geosiyasi reallıqların dəyişməsi ilə regionda sabitlik üçün yeni pəncərə açılıb. Azərbaycan bu sabitliyi təkcə hərbi-siyasi deyil, sosial-iqtisadi bərpa və "Böyük Qayıdış" proqramları ilə möhkəmləndirir. İşğaldan azad edilmiş ərazilərdə TDT ölkələrinin tikdiyi məktəblər və yaradıcılıq mərkəzləri təkcə bərpa deyil, həm də birgə gələcəyin təhsil infrastrukturudur. Bu, keçmiş köçkünlərin dayanıqlı qayıdışına real töhfə verir.
Azərbaycan, Xəzər resurslarını qlobal bazarlara təhlükəsiz çıxaran etibarlı tərəfdaş kimi tanınır. Şaxələndirilmiş kəmər infrastrukturu ilə 14 ölkəyə qaz tədarük olunur və bu, Avropanın enerji təhlükəsizliyində alternativ rol oynayır. Paralel olaraq, Azərbaycan bərpaolunan enerjidə (günəş, külək, hidro) regionun öncül oyunçusuna çevrilir. COP29-da Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında imzalanan yaşıl enerji üzrə strateji tərəfdaşlıq sənədi, Xəzər-Qara dəniz marşrutu ilə yaşıl elektrik ixracını reallığa çevirməyi hədəfləyir. Qəbələ Zirvəsi bu əməkdaşlığın TDT çərçivəsində genişlənməsi və "yaşıl koridor" anlayışının institusionallaşması üçün ideal imkan təqdim edir.
Türk dünyasının dayanıqlığını təmin edən təkcə siyasi və iqtisadi deyil, təhsil və mədəniyyət sahəsində mübadilə, ortaq akademik proqramlar, dil və ədəbiyyat layihələri "yumşaq güc"ün daha təsirli alətə çevrilməsinə xidmət edir".

Deputat onu da vurğuladı ki, Qəbələ Zirvəsinin "Regional sülh və təhlükəsizlik" mövzusunda olması üzv ölkələr arasında hüquq-mühafizə orqanlarının məlumat mübadiləsinin dərinləşdirilməsi, terror və transmilli cinayətkarlıqla mübarizədə koordinasiyanın artırılması, müdafiə sənayesi, regionda sülh və sabitlik kimi məsələləri gündəmə gətirə bilər:

"Qəbələ Zirvəsi göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq regional formatdan qlobal gündəmi formalaşdıran məsələlərin müzakirə olunduğu platformaya çevrilir. Bu transformasiyanın mərkəzində isə müstəqil, balanslaşdırılmış və çoxvektorlu xətt aparan Azərbaycan dayanır. Bakı enerji təhlükəsizliyində dayanıqlı tədarükçü, nəqliyyatda körpü rolunu oynayır.
Azərbaycan həm qardaşlıq ruhunu, həm də türk dünyasını hər sahədə təhlükəsiz gələcəyə aparan birləşdirən güc kimi çıxış edir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 733   Tarix: 07 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına yarımstansiy

3 avqust
.

Prezident Tacikistanla imzalanmış sazişi TƏSDİQLƏDİ

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş"in təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki

7 avqust
.

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev isveçrəli həmkarı Qi Parmölənə təbrik məktubu ünvanlayıb. -ın -a istinadən məlumatına görə, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmim

1 avqust
.

Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə

Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtond

10 avqust
.

Bakıda "SSRİ təbliğatı"nın arxasında kimlər dayanır? - DETALLAR

Zaman-zaman SSRİ bayrağı ilə yürüş edən, tədbilərdə bu bayrağı dalğalandıran insanların cəzalandırıldığının şahidi oluruq. Sonuncu belə hadisədə biri tanınmış jurnalist olmaqla 4 nəfər həbs edildi. Bəs bu cür addımların, təbliğatın arxasında nə dayanır?. Mövzu ilə bağlı -a danışan politoloq, siyasi elmlə

4 avqust
.

Rəcəb Rəhimli vəzifəsindən azad olundu - YENİ TƏYİNAT

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikas

4 avqust
.

Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaratdı - DEPUTAT

2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan-ABŞ münasibətləri və Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində əldə olunan razılaşmaların və verilən siyasi mesajların bir il sonra regiondakı proseslərə təsiri d

10 avqust
.

Ceyhun Bayramov Kiyevdə

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb

6 avqust
.

Prezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla sazişin müddəalarının həyata keçirilməs

10 avqust