Ticarət mərkəzinin qarşısında təbii ehtiyacını ödəyən gənc cərimələndi: "Böyrəklərimdə problem var"
Bakının mərkəzində küçədə təbii ehtiyacını ödəyən gənc oğlan cərimələnib.
Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən "Xaqani" ticarət mərkəzinin qarşısında baş verib.
24 yaşlı Yusif Səlimov (ad və soyad şərtidir) ticarət mərkəzinin qarşısında ətrafdakılara hörmətsizlik edərək, təbii ehtiyacını ödəyib. Bunu görən polis əməkdaşları ona yaxınlaşıb irad bildiriblər. Yusif isə polis əməkdaşları ilə mübahisə edib.
Bu hərəkətinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
İnzibati xəta törədən şəxs ifadəsində bildirib ki, böyrəklərində problem olduğu üçün ağrısı olub və məcburi şəkildə ictimai məkanda təbii ehtiyacını ödəyib. O, əməlindən peşman olduğunu deyib və barəsində cərimə növündə cəza verilməsini xahiş edib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Yusif Səlimov barəsində 50 manat miqdarında inzibati cərimə cəzası təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO