XƏBƏRDARLIQ! Sabah Bakıda yağış yağacaq, külək əsəcək...
Azərbaycan ərazisində noyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 5407 Tarix: 02 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabr