D vitamini həddindən artıq içilərsə, hansı nəticələr verə bilər?

D vitamini həddindən artıq içilərsə, hansı nəticələr verə bilər?Son illərdə D vitamini qəbulu bir çox insan üçün normaya çevrilib. Lakin bu vitaminin orqanizmdə yüksək tərkibdə - 150 ​​ng/ml-dən yuxarı olması qanda kalsiumun toplanmasına gətirib çıxara bilər ki, bu da onun ürək əzələsində, bağırsaq və mədə divarlarında çöküntü şəklində yığılmasına səbəb ola bilər.

Oxu.Az bildirir ki, bu barədə rusiyalı həkim, pediatr Yelena Aleksentseva "İzvestiya" nəşrinə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, həmçinin artıq miqdarda D vitamini hüceyrə membranlarına və maddələr mübadiləsinə birbaşa toksik təsir göstərə bilər. Həddindən artıq dozada D vitamini qəbul etmək təkcə onun orqanizmdə miqdarının artmasına deyil, eyni zamanda orqanizm tərəfindən kalsiumun udulmasının artmasına da səbəb ola bilər ki, bu da hiperkalsemiyaya - qanda kalsium səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.

"Bu pozuntu fonunda həzm pozğunluqları, başgicəllənmə, yüksək dərəcədə halsızlıq və huşun qarışması kimi hallar ortaya çıxa bilər. D vitamini hipervitaminozunun digər bir nəticəsi K2 vitamini aktivliyinin pozulmasıdır ki, bunun nəticəsində sümük kütləsinin itkisi baş verə bilər. Həmçinin bu maddənin orqanizmdə artması böyrəklərin zədələnməsinə də səbəb olur", - deyə Yelena Aleksentseva əlavə edib.

Lakin sadəcə günəş altında qalmaqla və ya xüsusi diyet saxlamaqla D vitamininin orqanizm üçün təhlükəli səviyyələrinə çatmaq mümkün deyil: bu, yalnız dərmanlar və ya qida əlavələrinin qəbulu nəticəsində baş verə bilər. Həkim vurğulayıb ki, bu vəziyyət daha çox uşaq yaşlarında raxitin profilaktikasına yönəlmiş dərmanlar və əlavələrin qəbulu zamanı, xüsusən də balıq yağı əlavələri ilə eyni vaxtda qəbul edildikdə baş verir.

Aleksentseva qeyd edib ki, normal dozalarda D vitamini faydalıdır. Məsələn, D vitamini reseptorların insulinə həssaslığını artırır, sümük toxumasını gücləndirir, cinsi hormonların (testosteron, estrogen, progesteron) sintezini təşviq edir, reproduktiv funksiyanı yaxşılaşdırır, anadangəlmə və qazanılmış immunitetə ​​təsir göstərir və şiş əmələ gəlməsinin, depressiyanın yaranmasının və Parkinson xəstəliyinin qarşısını alır.

Həkimin sözlərinə görə, D vitamini səviyyəsinə nəzarət və onun dəstəklənməsi üçün preparatların qəbulu ilk növbədə raxit, bədən kütləsi defisiti (azlığı), uzunmüddətli yataq rejimi, günəş altında məhdud qalma, 65 yaşdan yuxarı olanlar, osteoporoz və osteomalyasiya, malabsorbsiya sindromu, qaraciyər və böyrək xəstəlikləri, paratiroid vəzi, allergik və autoimmun xəstəlikləri, piylənmə, limfomalar və qranulomatoz xəstəlikləri olan xəstələr üçün tövsiyə olunur.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 635   Tarix: 09 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər

Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala

14 sentyabr
.

İnfarkt qəfil baş verməyə bilər: Kardioloq ilkin siqnalları sadaladı

Rusiyalı kardioloq Anastasiya Slizova bildirib ki, miokard infarktı nadir hallarda tamamilə qəflətən inkişaf edir. -ya istinadən xəbər verir ki, həkim yaxınlaşan infarktdan bir neçə gün əvvəl ortaya çıxan narahatedici siqnallar barədə danışıb. Kardioloq yaxınlaşan infarktın əlamətlərindən biri kimi vərdi

30 avqust
.

Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil

Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd

14 sentyabr
.

Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb

Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az

9 sentyabr
.

Səhər yeməyini buraxmaq qanda şəkərin səviyyəsinə necə təsir edir?

Səhər yeməyini buraxmaq, xüsusilə səhərlər iştaha olmadıqda, zərərsiz vərdiş kimi görünə bilər. Lakin bu vərdiş günün qalan hissəsində orqanizmin qidaya reaksiyasına təsir göstərə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazır. Səhər yeməyi yeyilmədikdə orqanizm sadəc

31 avqust
.

Əməliyyatdan sonra xəstə ölümlərinin səbəbi nədir? - AÇIQLAMA

Əməliyyatın uğurla başa çatması xəstənin təhlükəni tam geridə qoyması anlamına gəlmir. Əməliyyat zamanı və sonrakı dövrdə qanaxma, infeksiya, tənəffüs və ürək-damar problemləri, tromboz, orqan çatışmazlığı, eləcə də anesteziya ilə bağlı ağırlaşmalar həyati risk yarada bilər. Bəs, əməliyyatdan sonra xəstəni

3 sentyabr
.

Gecə 6 saatdan az yatırsınızsa, DİQQƏT! Ürəyiniz üçün ciddi risk var

Kifayət qədər yatmamaq yalnız gün ərzində yorğunluq və diqqət dağınıqlığına səbəb olmur. xəbər verir ki, həkimlər müntəzəm olaraq 6 saatdan az yatmağın ürək-damar sisteminin gecə ərzində lazımi qədər dincəlməsinə mane ola biləcəyini və uzun müddətdə yüksək təzyiq riskini artıra biləcəyini bildirirlər

29 avqust
.

Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər

Məktəblilərin dərslik və ya qadcetlər qarşısında düzgün oturmaması onurğa sütununa ciddi zərər vura bilər. xəbər verir ki, bunu rusiyalı ortoped-travmatoloq Andrey Litvinenko "Moskva 24"ə açıqlamasında deyib. Mütəxəssis qeyd edib ki, uzun müddət eyni vəziyyətdə qalmaq sağlamlıq üçün təhlük

29 avqust
.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama

12 sentyabr