Qızıl mağazasından 170 bilərzik oğurlayan şəxs görün kim imiş! - VİDEO
Ordu-nun Fatsa rayonunda başına kaska taxaraq bir qızıl dükanını soyan şəxsin polis əməkdaşı olduğu müəyyən edilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə 25 noyabrda Reşadiye küçəsində Yılmaz Şerbetçi adlı şəxsə məxsus qızıl dükanında baş verib. Başında kask olan və daha sonra polis əməkdaşı olduğu təsdiqlənən Cumhur Yılmaz, silahla dükanın içinə daxil olub.
Özü ilə gətirdiyi çantanı işçi əməkdaşına uzadan Yılmaz, qızılların həmin çantaya yığılmasını tələb edib. Daha sonra silahı işçiyə tuşlayaraq onu yerə yatırıb, əl-ayaqlarını bağlayıb. İçərisində 170 qızıl bilərzik olan çantanı götürən Yılmaz hadisə yerindən qaçıb.
Polis qrupları araşdırma nəticəsində onun polis əməkdaşı kimi çalışdığı Diyarbakıra qaçdığını müəyyən edib. Ordu İl Polis İdarəsi və Diyarbakır İl Polis İdarəsinin koordinasiyalı əməliyyatı ilə şübhəli dünən Diyarbakırda saxlanılıb. Bu gün isə bölmədəki prosedurları tamamlanan Yılmaz Fatsa məhkəməsinə göndərilib.
Evli və bir uşaq atası olan Yılmazın qızıl bilərzikləri hadisədən iki gün əvvəl kirayələdiyi evdə gizlətdiyi də üzə çıxıb.
İstintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2260 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabr