Qocalmanı sürətləndirən üç gündəlik vərdiş
Qocalmanı hissolunmaz şəkildə sürətləndirən üç gündəlik vərdiş açıqlanıb.
Oxu.Az bildirir ki, bu barədə "LEVITA" beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin həmtəsisçisi və məşqçi Kseniya Qufranova "Lenta.ru" nəşrinə müsahibəsində danışıb.
Qufranovanın sözlərinə görə, qocalmanın əsas amili oturaq həyat tərzidir. Fiziki aktivliyin olmaması əzələ tonusunun azalmasına səbəb olur, testosteron və endorfin ifrazını çətinləşdirir.
"Əgər biz işdə əzələlərimizi istifadə etməsək, orqanizm enerji sərfiyyatını azaltmağa çalışır və onları qidalandırmağı dayandırır. Bu zaman əzələ atrofiyası prosesi işə düşür, qan və limfa axını azalır və nəticədə, maddələr mübadiləsi yavaşıyır", - deyə məşqçi izah edib.
O həmçinin yuxu və istirahət rejiminə riayət etməyi tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, yuxu çatışmazlığı səbəbindən melatonin hormonu ifrazı azalır və kortizol səviyyəsi artır. Əgər insan xroniki olaraq kifayət qədər yuxu almırsa, hormonal balanssızlıq müxtəlif xəstəliklərin inkişafına, diqqətin pozulmasına, daimi yorğunluğa, qıcıqlanmaya və gözlərin altında torbaların yaranmasına səbəb ola bilər.
Qufranovanın sözlərinə görə, qocalmanı sürətləndirən və ilk baxışda zərərsiz görünən üçüncü vərdiş qadcetlərin düzgün olmayan vəziyyətdə istifadəsidir. İnsan notbuk və ya telefondan istifadə edərkən başını aşağı əyirsə, bu, boyun gərginliyinə, qamətin əyilməsinə, üz və boyun əzələləri tonusunun azalmasına, vaxtından əvvəl qırışların yaranmasına, buxağın əmələ gəlməsinə və damar sıxılmasına gətirib çıxara bilər. Düzgün olmayan poza səbəbindən hüceyrələr və toxumalarda oksigen çatışmazlığı yaranır, üz rəngi isə solğunlaşır.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1391 Tarix: 30 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri
11 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz
Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik
17 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə
11 sentyabr 2021"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman
9 sentyabr 2021Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...
a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy
16 sentyabr 2021