İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığıİnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır. Lakin İngiltərədəki Kembric Universitetində aparılan yeni araşdırma bu mexanizmin bəzi viruslara qarşı təsirli olmaya biləcəyini göstərir.

Qaynarinfo xəbər verir ki, insan qripi virusları əsasən yuxarı tənəffüs yollarında - burun və boğaz bölgəsində - çoxalır. Burada temperatur təxminən 33 dərəcə olur. Qızdırma zamanı temperatur 41 dərəcəyə qədər yüksələ və virusun çoxalmasını ləngidə bilir.

Quş qripi virusları isə adətən quşların alt tənəffüs yollarında və bəzən bağırsaqlarında çoxalır. Bu bölgələrin təbii temperaturu 40-42 dərəcə olduğundan, virusun insan bədəninin qızdırma yolu ilə yaratdığı temperatur artışına qarşı davamlı olması ehtimal edilir. Bu da onun insanlarda ağır xəstəliklərə yol açmasının səbəblərindən biri hesab olunur.

Yədqiqatdan alınan nəticələr təəccübləndirdi

Kembric Universitetində aparılan təcrübədə siçanlar genetik quruluşu insan və ya quş qripi virusuna bənzər şəkildə dəyişdirilmiş PR8 qrip virusu ilə yoluxduruldu və 41 dərəcə temperaturda saxlanılıb.

Nəticələr göstərib ki, insan mənşəli virusa bənzər virusla yoluxdurulan siçanlarda virusun çoxalması çətinləşib və ciddi xəstəlik əlamətləri görünməyib. Lakin quş qripinə bənzər virusla yoluxdurulan siçanlarda xəstəlik yüksək temperatura baxmayaraq sürətlə irəliləyib.

Araşdırmanın rəhbəri, molekulyar virusoloq doktor Sam Uilson bunları bildirib: "İnsanlarda quş qripinə yoluxma nadirdir, lakin hər il onlarla hadisə qeydə alınır. Quş qripi viruslarının niyə insanlarda ağır xəstəliklərə səbəb olduğunu anlamaq, nəzarət və pandemiya hazırlığı baxımından çox önəmlidir".

Virusun yüksək ölümcül ştammları diqqət çəkilir

Quş qripi viruslarının insanlarda tarixi ölüm nisbəti yüksəkdir. Xüsusilə H5N1 ştammı insanlarda 40 faizdən çox ölüm göstəricisi ilə tanınır. Uilson bunun gələcək pandemiya riskinin qiymətləndirilməsi üçün əhəmiyyət daşıdığını vurğulayıb.

Araşdırma ABŞ-da daha əvvəl insanlarda görülməmiş quş qripi növünə yoluxaraq həyatını itirən şəxs barədə xəbərlərin ardından aktuallaşıb. Bu hadisə ABŞ-da qeydə alınan ikinci quş qripi ölümüdür.

2022-ci ilin yanvarından bəri ölkədə 71 insanda quş qripi təsdiqlənib; onların əksəriyyəti H5N1 ilə yoluxub. Mütəxəssislər xüsusən virus daşıyan ev quşları və süd inəkləri ilə təmasın riski artırdığını bildirir.

"Bu araşdırma daha təhlükəli ştammların müəyyən edilməsinə kömək edə bilər"

Araşdırmanın baş müəllifi, Qlazqo Universitetindən virusoloq doktor Mett Törnbol bildirib: "Quş qripi növlərini və potensial epidemiyaları izləmək hazırlıq prosesində həlledici əhəmiyyət daşıyır. Virusların qızdırmaya davamlılığını anlamaq daha təhlükəli ştammları müəyyənləşdirməyə kömək edə bilər".

Müalicə strategiyalarının yenidən dəyərləndirilməsi lazım ola bilər

Alimlər əldə edilən nəticələrin quş qripinin müalicəsinə təsir göstərə biləcəyini qeyd edir. Araşdırma qızdırmanın hər infeksiyada faydalı olmadığını göstərir və quş qripi xəstələrinin müalicəsində qızdırmasalıcı tətbiqlərin rolunun yenidən nəzərdən keçirilməsinin vacibliyini ortaya qoyur.

İnsan orqanizmi yüksək temperatur sayəsində virusların çoxalması üçün vacib olan bəzi zülalları təsirsiz hala gətirir, lakin quş qripi virusları bu müdafiəyə qarşı davamlı ola bilir.

Köç edən quşlar virusu yeni ərazilərə daşıya bilər

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) rəsmiləri quş qripinin insanlara keçmə riskinin aşağı olduğunu bildirir. Ancaq ekspertlər payız mövsümündə miqrasiya edən vəhşi quşların virusu yeni bölgələrə daşıma ehtimalına xüsusi diqqət yönəldir.

2022-ci ildən bu yana ABŞ-da 174 milyon quşda quş qripi aşkarlanıb, 1.000-dən çox süd inəyi sürüsü təsirlənib. 2025-ci ildə ölkə üzrə 7 milyon fermada bəslənən quş virusa məruz qalıb; onların 1,3 milyonu hindidir.

Yeni bir pandemiyaya yol aça bilər

Mütəxəssislər quş qripinin insana keçməsi və insanlar arasında yoluxucu hala gəlməsi halında yeni pandemiyaya səbəb ola biləcəyini xəbərdar edir. COVID-19 pandemiyası belə bir ssenarinin mümkün nəticələrini göz önünə sərir.

Alimlər virusların qızdırmaya davamlılığının və insanlarda niyə ağır xəstəliklər yaratdığının anlaşılmasının gələcək epidemiya və pandemiya hazırlığında kritik rol oynadığını vurğulayır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 708   Tarix: 11 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Yeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ

Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi

5 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf

Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm

8 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

8 oktyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr