Qış aylarında göz quruluğu və infeksiyalar artır - Həkimdən xəbərdarlıq
Qış aylarının başlaması ilə soyuq hava, külək və qapalı məkanlarda yaranan quru mühit göz sağlamlığına mənfi təsir göstərməyə başlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis, Dr.Faik Engin Azman bu dövrdə göz quruluğu, infeksiyalar və rəqəmsal ekran istifadəsi ilə bağlı göz yorğunluğunun nəzərəçarpacaq dərəcədə artdığını bildirib.
Qış mövsümünün təkcə hava temperaturuna deyil, eyni zamanda göz sağlamlığına da təsir etdiyini deyən Medipol Universiteti Sefaköy Xəstəxanasının Göz Xəstəlikləri üzrə mütəxəssisi Dr. Faik Engin Azman qeyd edib ki, soyuq hava və insanların qapalı mühitlərdə daha çox vaxt keçirməsi göz quruluğu və infeksiyaların artmasına səbəb olur. Onun sözlərinə görə, qış aylarında göz şikayətləri ilə müraciət edən pasiyentlərin sayı xeyli yüksəlir.
Dr. Azman bildirib ki, qışda göz səthi ətraf mühit amillərinə daha çox məruz qalır:
"Soyuq hava, külək və isitmə sistemlərinin yaratdığı aşağı rütubət göz quruluğu əlamətlərini artırır. Qapalı məkanlarda daha çox vaxt keçirilməsi isə virus və bakterial infeksiyaların yayılmasını asanlaşdırır. Xüsusilə uzun müddət çox adamın olduğu və qapalı yerlərdə olmaq göz soyuqlaması kimi tanınan adenoviral konyunktivitin yayılma tezliyini artırır. Əlləri gözə toxundurmamaq, şəxsi əşyaları ortaq istifadə etməmək, xüsusilə üz dəsmalları və makiyaj vasitələrini ayırmaq infeksiya riskini azaldır. Ekran qarşısında uzun müddət qalmaq rəqəmsal göz yorğunluğuna səbəb olur. Buna görə də müntəzəm fasilələr vermək və vaxtaşırı uzağa baxmaq göz sağlamlığı üçün vacibdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnfarkt qəfil baş verməyə bilər: Kardioloq ilkin siqnalları sadaladı
Rusiyalı kardioloq Anastasiya Slizova bildirib ki, miokard infarktı nadir hallarda tamamilə qəflətən inkişaf edir. -ya istinadən xəbər verir ki, həkim yaxınlaşan infarktdan bir neçə gün əvvəl ortaya çıxan narahatedici siqnallar barədə danışıb. Kardioloq yaxınlaşan infarktın əlamətlərindən biri kimi vərdi
30 avqustQızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)
Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə
10 sentyabrBədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəzi fiziki dəyişikliklər ürək-damar xəstəlikləri ilə bağlı ilkin siqnallar verə bilər
6 sentyabrƏməliyyatdan sonra xəstə ölümlərinin səbəbi nədir? - AÇIQLAMA
Əməliyyatın uğurla başa çatması xəstənin təhlükəni tam geridə qoyması anlamına gəlmir. Əməliyyat zamanı və sonrakı dövrdə qanaxma, infeksiya, tənəffüs və ürək-damar problemləri, tromboz, orqan çatışmazlığı, eləcə də anesteziya ilə bağlı ağırlaşmalar həyati risk yarada bilər. Bəs, əməliyyatdan sonra xəstəni
3 sentyabrC vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır. xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafatı laureat
1 sentyabrSəhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər
11 sentyabrGənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti
Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi
6 sentyabrSən demə, bu meyvələr "diabetin dostu" imiş - QIZIL SİYAHI
Tərkibində lifin bol olması və aşağı qlisemik indeksə malik olmasıyla seçilən bəzi meyvələr qan şəkərinin nəzarətdə saxlanmasına kömək edir. Bəs diabet zamanı hansı meyvələrə üstünlük vermək olar?. həmin siyahını təqdim edir:. Avokado. Demək olar ki, çox az şəkər ehtiva edən, sağlam yağlar və lif baxımında
30 avqustSarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12 sentyabr