Alüminium qabı ilə birlikdə udduğu həb 4 il sonra ağciyərindən çıxarıldı
Antalyada 75 yaşlı Sahibe Güzin Zeybekoğlunun 4 il əvvəl diqqətsizlik nəticəsində alüminium qabı (blisteri) ilə birlikdə udduğu həb bronxoskopik üsulla ağciyərindən çıxarılıb.
Sonxeber.az türk mediasına itinadən xəbər verir ki, Zeybekoğlu, "Şiddətli öskürək və həddindən artıq bəlğəm şikayətlərim var idi, sonradan məlum oldu ki, həb ağciyərimə gedib" deyə zarafat edib.
Hadisə 2021-ci ildə baş verib. Covid-19 səbəbilə həyat yoldaşı ilə birlikdə xəstəxanaya yerləşdirilən Sahibe Güzin Zeybekoğlu, 5 gün sonra həyat yoldaşını itirib. Yaşadığı dərin kədər və dalğınlıq səbəbindən dərmanını qabından çıxarmadan udan qadın, həmin an boğazında ağrı hiss etsə də, həbin mədəsinə düşdüyünü düşünərək buna əhəmiyyət verməyib.
Covid müalicəsindən sonra xəstəxanadan buraxılan Zeybekoğlu, zamanla öskürək və bəlğəm şikayətlərinin artması səbəbilə yenidən həkimə müraciət edib. Aparılan müayinələrdə ağciyərində düyün aşkar edilsə də, tətbiq olunan dərman müalicələri nəticə verməyib. Şikayətləri daha da şiddətlənən qadın başqa bir xəstəxanaya müraciət edib.
Burada aparılan döş qəfəsi tomoqrafiyasında ağciyərdə şübhəli lezyon aşkarlanıb və xəstə Akdeniz Universiteti Tibb Fakültəsinin Ağciyər Xəstəlikləri şöbəsinə yönləndirilib. Doç. Dr. Fatih Üzer və Dr. Aliye Gamze Çalış tərəfindən aparılan bronxoskopiya zamanı lezyonun əslində alüminium qab içində qalmış həb olduğu müəyyən edilib.
Təxminən 20 dəqiqə davam edən müdaxilədən sonra Sahibe Güzin Zeybekoğlu 4 il ərzində ağciyərində daşıdığı yad cisimdən xilas olub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 899 Tarix: 19 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrHAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrQadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə
10 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabr