Bir dəfədən heç nə olmaz deməyin: bu 3 qida ömrünüzü qısaldır
Süfrələrimizin əvəzolunmazı olan bəzi ləzzətlər əslində ürəyimizə qurulan səssiz tələlər ola bilər.
Ölkə.Az "haber7"yə istinadla xəbər verir ki, tamamilə təbii qidalar yemək asan deyil, lakin mütəxəssislər bəzi qidalarla bağlı xüsusilə xəbərdarlıq edir:
Odur ki,mütəxəssislərin "qara siyahı"sındakı sağlamlıq üçün təhlükəli olan 3 qidanı təqdim edirik:
Basdırma və təkrar emal olunmuş ətlər
Dadı qədər riskli qidalar arasında ənənəvi ləzzətlərimizdən biri olan bastırma (duzlanmış ət) diqqət çəkir. Bu ət çox intensiv duzlama prosesindən keçdiyindən, tərkibində yüksək miqdarda natrium və nitrit var ki, bu da yüksək təzyiqə və ateroskleroza səbəb ola bilər.
Digər tərəfdən, bişirmə prosesi zamanı əmələ gələn bəzi kimyəvi birləşmələr qan damarlarında iltihaba səbəb ola bilər.
Həmçinin emal olunmuş ətlər (kolbasa, sosiska və s.) də yüksək duz, doymuş yağ və xolesterol tərkibinə görə ürək sağlamlığını təhlükə altına alır.
Kartof qızartması
Ləzi dadı ilə süfrələri bəzəyən kartof qızartmasına "ürək və damar düşməni" desək, yanılmarıq. Kartofun özü kaliumla zəngin olsa da, isti yağda bişirildikdə trans yağların əmələ gəlməsini artırır. Bu, yaxşı xolesterolu aşağı salarkən pis xolesterolu artırır. Həmçinin arteriya divarlarında təbəqə əmələ gəlməsinə səbəb olur, aterosklerozu və damar tıxanmasını sürətləndirir.
Kartof qızartmasını duzla vermək yüksək natrium qəbuluna səbəb olur ki, bu da öz növbəsində yüksək təzyiq və ürək xəstəlikləri riskini artırır.
Ağ çörək
Ağ çörək çoxları üçün əvəzolunmaz bir ləzzətdir. Nə qədər ləzzətli olsa da, ürək sağlamlığına təsiri həyəcan verici dərəcədə ciddi ola bilər. Yüksək qlisemik indeksinə görə ağ çörək qan şəkərinin səviyyəsini sürətlə artırır. Lif və qida maddələri az olan bu qida həmçinin insulin müqavimətinə də zəmin hazırlayır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrYeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ
Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi
5 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabr100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27 oktyabrSəsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf
Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm
8 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabr