İnsan bədənində hansı "artıq" sümüklər var? - Cavab sizi təəccübləndirəcək

İnsan bədənində hansı "artıq" sümüklər var? - Cavab sizi təəccübləndirəcəkKörpələrdə böyüklərlə müqayisədə daha çox sümük olur. Yeni doğulan uşaqlarda 275-300 sümük ola bilər. Uşaq böyüdükcə xırda sümüklər birləşir və bərkiyərək daha iri sümükləri əmələ gətirir. Nəticədə əksər yetkin insanlarda sümük sayı 206 olur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science" nəşri yazır.

Qeyd olunur ki, xırda və daha yumşaq sümüklərin olması körpələrə ana bətnində bükülmək və doğuş kanalından keçmək üçün lazım olan əlavə elastikliyi təmin edir.

Bununla belə, bəzi yetkin insanlarda həqiqətən 206-dan çox sümük olur. "Scientific Reports" jurnalında dərc olunan araşdırmaya görə, əlavə və ya normadan artıq sümüklər inkişaf prosesində sümüklərin standart şəkildə birləşməməsi nəticəsində yarana bilər.

Əksər hallarda insanda normadan artıq sümük olmasının heç bir açıq əlaməti müşahidə edilmir.

"Əlavə sümüyün olduğunu bilməmək çox asandır. Çox vaxt biz bunu xəstəyə başqa səbəbdən rentgen çəkiləndə təsadüfən aşkar edirik", deyə Baltimordakı "Mercy" tibb mərkəzinin ayaq və topuq rekonstruksiyası institutundan ortoped-cərrah Vandan Patel bildirib.

Bədəndə əlavə sümüklər

İstanbul Universiteti Medeniyetin anatomiya kafedrasının dosenti Eren Oğutun sözlərinə görə, əlavə sümüklər rentgen görüntülərində görünsə belə, tez-tez diqqətdən kənarda qalır və ya sınıq fraqmenti, yaxud yaşla bağlı dəyişiklik kimi qiymətləndirilir.

"Ümumilikdə tədqiqatlar göstərir ki, bu cür sümüklər əhalinin təxminən 10-30 faizində rast gəlinir. Lakin real yayılma səviyyəsi, ehtimal ki, qəbul ediləndən daha yüksəkdir", deyə o qeyd edib.

Patel bildirib ki, əlavə sümüklər ən çox ayaqda və topuq nahiyəsində müşahidə olunur. Ən geniş yayılmış əlavə sümük üçbucaq sümüyü - os trigonumdur.

"Bu hal insanların 10-25 faizində qeydə alınır. Sümük topuğun arxa hissəsində yerləşir və xüsusilə barmaqların və topuğun aşağı doğru büküldüyü zaman ağrıya səbəb ola bilər. Məsələn, balerinalarda puant üzərində rəqs edərkən bu problem daha qabarıq görünür", deyə o əlavə edib.

Digər geniş yayılmış əlavə sümük xarici baldır sümüyü, yəni əlavə qayıqvari sümük adlanır.

"Bu sümük əhalinin təxminən 12 faizində rast gəlinir. Ayağın daxili tərəfində, əsas qayıqvari sümüyün yaxınlığında yerləşir. Bəzən qayıqvari sümük böyümüş kimi görünür. Ayaq tağında ağrıya səbəb ola və tez-tez yastı pəncə ilə müşahidə oluna bilər", deyə Patel bildirib.

Həkimlər nadir hallarda rast gəlinən bir sıra digər əlavə sümüklərdən də xəbərdardırlar. Bu biliklər əsasən meyit üzərində aparılan tədqiqatlar və tibbi görüntüləmə nəticəsində əldə olunub. Məsələn, bud sümüyündə yerləşən və omba ağrısı ilə əlaqəli ola bilən əlavə sümük növü mövcuddur. Bu cür sümük əhalinin 5 faizindən azında qeydə alınır.

Maraqlıdır ki, bəzi insanlarda əlavə qabırğalar da ola bilər. Klivlend Klinikasının məlumatına görə, insanların təxminən 1 faizi doğuş zamanı boyun nahiyəsində bir və ya iki əlavə sümüyə malik olur. Boyun qabırğası adlanan bu nadir sümük adi qabırğalardan fərqlənir və çox vaxt üfüqi deyil, daha şaquli və ya diaqonal yerləşir. Əksər hallarda problem yaratmasa da, bəzi insanlarda qolda ağrı və ya zəifliyə səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 942   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Yeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ

Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi

5 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf

Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm

8 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

8 oktyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr