Yuxusuzluq düzgün qidalanmadan daha təhlükəlidir: Alimlər riskləri açıqladı
Pis yuxu həyat müddətini qısalda bilər və bu təsir düzgün qidalanmamaq, fiziki aktivliyin azlığı və ya tənhalıq kimi amillərdən daha güclü ola bilər. Bu barədə ABŞ-nin Oregon Sağlamlıq və Elm Universitetində (OHSU) aparılan yeni araşdırmada qeyd olunur.
Qaynarinfo xəbər verir ki, tədqiqat haqqında "Foxnews" məlumat yayıb.
"Sleep Advances" jurnalında dərc olunan araşdırmada alimlər ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) ölkə üzrə sorğu məlumatlarını təhlil edərək, dairələr üzrə orta həyat müddəti ilə əlaqəli meyilləri müəyyən ediblər.
Araşdırma nəticəsində məlum olub ki, kifayət qədər yatmamaq ABŞ-nin bütün ştatlarında ölüm riskinin artmasına səbəb olur və sağlamlığa təsiri baxımından yalnız siqaret çəkməkdən geri qalır.
OHSU-nun Tibb Bacılığı Məktəbində Yuxu, xronobiologiya və sağlamlıq laboratoriyasının direktoru, dosent və tədqiqatın aparıcı müəllifi Endryu MakHill bildirib ki, yuxunun həyat müddəti ilə bu qədər güclü əlaqəli olacağını gözləmirmiş.
"Biz həmişə yuxunun vacib olduğunu düşünürdük, amma bu araşdırma bunu açıq şəkildə təsdiqləyir: insanlar həqiqətən gecə 7-9 saat yatmağa çalışmalıdır. Bu tədqiqat göstərir ki, yuxuya ən azı qidalanma və fiziki fəaliyyət qədər prioritet verməliyik", deyə o qeyd edib.
Kaliforniyada yerləşən "Amen Clinics" klinikalar şəbəkəsinin sahibi, psixiatr doktor Daniel Amen isə yuxunun beyin fəaliyyəti və uzunömürlülük üçün əhəmiyyətini vurğulayıb.
"Yuxu son dərəcə vacibdir. Siz yatarkən beyniniz təmizlənir və yuyulur. Əgər gecə 7-9 saat yatmırsınızsa, beyniniz real yaşınızdan daha qoca görünür - qan dövranı azalır və iltihab artır. Bu halda beynin gün ərzində yığılan toksinlərdən xilas olmaq üçün kifayət qədər vaxtı olmur", deyə o bildirib.
Həkim xəbərdarlıq edib ki, yuxu çatışmazlığı yanlış qərarların qəbuluna və problemlərin qapalı dövrə düşməsinə səbəb ola bilər.
"Beynin alın paylarında aktivlik azaldıqda siz təkcə yorğunluq hiss etmirsiniz, həm də daha çox yemək istəyir və daha tez-tez səhv qərarlar verirsiniz. Bu isə stress yaradır və nəticədə növbəti gecə də pis yatmağınıza səbəb olur", deyə Daniel Amen qeyd edib.
Beyin sağlamlığını və uzunömürlülüyü qorumaq üçün həkim kiçik addımlarla başlamağı tövsiyə edir: məsələn, hər gün ən azı 15 dəqiqə daha tez yatmaq.
"Ola bilsin ki, "Netflix"ə baxmaqdan və ya telefona baxmaqdan şüurlu şəkildə imtina edəsiniz", deyə o məsləhət görüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrYeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ
Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi
5 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabr100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27 oktyabrSəsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf
Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm
8 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabr