Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?Son günlər Azərbaycanda tibb bacılarının evdə inyeksiya (iynə) vurmasına qoyulan qadağa cəmiyyətdə müzakirələrə səbəb olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasına görə, venadaxili inyeksiya və digər tibbi prosedurlar yalnız rəsmi tibb məntəqələrində və həkim nəzarəti altında həyata keçirilməlidir. Məqsəd pasiyent təhlükəsizliyini təmin etmək olsa da, yataq xəstələri, hərəkət qabiliyyəti məhdud şəxslər və ambulator müalicə alan xəstələr üçün bu qadağa praktik problemlər yaradır.

Bu qadağadan sonra yüzlərlə tibb bacısı artıq evlərdə tibbi müdaxilədən imtina edib, binalarda divara vurulan tibb bacısı elanları isə yığışdırılıb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

"Səhiyyə müəssisələrində mümkündür"

TƏBİB-dən verilən məlumata görə, tibb bacılarının ev şəraitində inyeksiya və digər invaziv tibbi müdaxilələri həyata keçirməsi ilə bağlı məhdudiyyətlər səhiyyə sahəsində mövcud olan ümumi normativ-hüquqi çərçivədən irəli gəlir:

"Əsas məqsəd ev şəraitində tibbi müdaxilələr zamanı yarana biləcək risklərin - xüsusilə anafilaktik şok, kəskin allergik reaksiyalar, infeksiya və digər ağırlaşmaların qarşısının alınması, həmçinin pasiyent təhlükəsizliyinin təmin edilməsidir. Ambulator xəstələr üçün inyeksiyalar yalnız həkim tərəfindən verilmiş rəsmi tibbi təyinat əsasında həyata keçirilə bilər. Bu prosedurlar dövlət və ya özəl səhiyyə müəssisələrində - poliklinikalarda, ailə sağlamlıq mərkəzlərində, ambulator-prosedur otaqlarında, kənd həkim məntəqələrində və digər uyğun tibbi strukturlarda icra olunur. İnyeksiyanın icrası müvafiq ixtisaslı orta tibb işçiləri (tibb bacısı, feldşer) tərəfindən, müəyyən edilmiş tibbi standartlara, sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir. Tibbi praktikada inyeksiya prosedurları zamanı aseptika, antiseptika və pasiyentin ümumi vəziyyətinin qiymətləndirilməsi vacib şərtlər hesab olunur. Bu tələblərin tam təmin edilməsi isə səhiyyə müəssisələrində mümkündür".

Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

"Burada səhiyyə infrastrukturunun səviyyəsi bərabər deyil"

"Region və kənd yerlərində bu qərarın icrası üçün mövcud infrastruktur kifayət edirmi?" sualına gəldikdə, qurumdan bildirilib ki, regionlar və xüsusilə kənd yerləri üzrə səhiyyə infrastrukturunun səviyyəsi bərabər deyil:

"Bəzi yaşayış məntəqələrində prosedur otaqlarının, ambulator mərkəzlərin və ya tibb məntəqələrinin əlçatanlığı məhdud ola bilər. Bu isə praktiki baxımdan əlavə çətinliklər yaradır".

TƏBİB-dən bildirilib ki, tibbi baxımdan hərəkət qabiliyyəti məhdud və xroniki xəstələrdə belə invaziv müdaxilələrin ev şəraitində icrası xüsusi risk qiymətləndirilməsi aparılmadan məqsədəuyğun hesab edilmir.

"Tibb bacısının evdə xidmət göstərməsi zəruridir"

Adının açıqlanmasını istəməyən, 30 illik iş təcrübəsi olan tibb bacısı bildirir ki, TƏBİB-in bu qərarında mütləq düzəlişlər olmalıdır:

"Bəziləri yataq xəstəsidir və iynə üçün xəstəxanaya getməsi praktiki olaraq mümkün deyil. İnsanlar hər inyeksiya üçün xəstəxanaya üz tutmalıdırlar? Xəstəxana bu qədər insanı qarşılaya biləcəkmi? Bəzi xəstələr lift olmadan, çətinliklə hərəkət edirlər. O xəstələr gündə iki dəfə necə tibb müəssisəsinə gedə bilərlər? Bu baxımdan, tibb bacısının evə gedib xidmət göstərməsi həm praktik, həm də zəruridir".

"Qərara dəyişiklik edilməlidir"

Həmsöhbətimiz deyir ki, əgər tibb bacısı savadlı, sertifikatlı və dövlət xəstəxanasında işləyirsə, müəyyən protokollar əsasında evdə xidmət göstərə bilər:

"Təcrübəmdə elə xəstələr olub ki, əməliyyatdan sonra inyeksiyaları gecə saat 3-də lazım olurdu. Xəstəxanada tibb bacısı var, amma xəstə evə yazıldıqda həmin inyeksiyanı kim vuracaq? Əgər yaxınlıqda sertifikatlı tibb bacısı varsa, niyə ona xidmət göstərməyə icazə verilməsin? Əməliyyat olunmuş xəstə gecə saat 3-də yenidən xəstəxanaya getməlidir?"

Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

"Məqsəd pasiyent təhlükəsizliyini qorumaqdır"

Deputat Müşfiq Məmmədli bildirib ki, qadağanın mahiyyəti ev şəraitində qeyri-rəsmi tibbi müdaxilələrin (iynə, sistem və s.) riskli olması ilə bağlıdır:

"Evdə tibb bacısı xidmətinə qoyulan qadağanın əsas səbəbləri arasında sterillik və infeksiya riski, anafilaktik şok kimi ciddi fəsadlar zamanı təcili yardım imkanının olmaması və tibbi sənədləşmənin qeyri-müəyyənliyi göstərilir. Yəni məqsəd cəzalandırmaq deyil, pasiyent təhlükəsizliyini qorumaqdır".

Cəzalandırma mexanizminə gəldikdə isə, deputat vurğulayıb ki, hazırda açıq mənbələrdə "evdə iynə vurduğuna görə konkret cərimə" tətbiqi barədə mexanizm yoxdur. Praktikada belə hallar "Lisenziyasız tibbi fəaliyyət" və ya "Sanitar-epidemioloji qaydaların pozulması" maddələri çərçivəsində qiymətləndirilə bilər ki, xəbərdarlıqdan cəriməyə qədər dəyişir.

"Ən böyük problem kənd və qəsəbələrdədir"

M.Məmmədli bildirib ki, bu qərarla bağlı ən böyük problem bəzi kənd və qəsəbələrdə tibb məntəqəsinin olmamasıdır:

"Olan yerlərdə isə iş saatları məhduddur. Yataq xəstələri, yaşlılar, əlillər üçün ora getmək faktiki mümkün deyil. Bu reallıqda "evə tibb bacısı gəlməsin" demək alternativ təqdim olunmadan sosial gərginlik yaradır. Qadağa ilə yanaşı mexanizmlər qurulmalıdır. Məsələn, ailə sağlamlıq mərkəzləri və poliklinikalar yanında evdə xidmət qrupları yaradılmalıdır. Tibb bacısı qurum adından və qeydiyyatla getməlidir. Həkim arayışı olan pasiyentlər üçün evdə inyeksiya istisna hal kimi qanuniləşdirilməlidir. "103" və ya "TƏBİB xətti" üzərindən planlı (təcili olmayan) evdə iynəvurma xidməti fəaliyyət göstərməlidir".

Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

"Bu müdaxilələr klinik şəraitdə icra olunmalıdır"

Sosial ekspert İlqar Hüseynli deyib ki, dünyada bu cür müdaxilələr yalnız rəsmi, protokollu və klinik şəraitdə icra olunur:

"Məsələn, Almaniyada xüsusi təlim keçmiş tibb bacıları tam təchiz olunmuş nəqliyyat vasitələri ilə kənd və ucqar bölgələrdə belə təhlükəsiz xidmət göstərirlər. Azərbaycanda isə mərkəzləşdirilmiş belə sistemlər olmadığından evdə inyeksiya ciddi tibbi risk daşıyır".

Məlumat üçün bildirək ki, tibb müəssisəsindən kənarda tibbi xidmətin göstərilməsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) və İlkin Səhiyyə Xidməti (İSX) çərçivəsində mümkündür. Tibb bacısının həkimin müşahidəsi altında lazımi şərait olduqda evdə inyeksiyanı icra etməsi qanunvericiliklə məhdudlaşdırılmır.

Bəs xarici təcrübə nə deyir?

Böyük Britaniya, Almaniya, Fransa, İsveç və digər Avropa ölkələrində evdə tibbi xidmətlər (home care) geniş yayılıb. Ev şəraitində inyeksiya yalnız tibb bacısı və ya evdə xidmət göstərən həkim nəzarəti altında icra olunur. Evdə xidmətlər üçün rəsmi qaydalar və protokollar mövcuddur: tibb bacısının lazımlı avadanlıqları olmalı, fövqəladə vəziyyətlər üçün təcili yardım çağırışı mümkün olmalıdır. Bu xidmətlər ya dövlət tərəfindən, ya da sığorta çərçivəsində ödənilir, vətəndaşın şəxsi təhlükəsizliyi ön plandadır.

Evdə xidmətin olmadığı və ya qadağan edildiyi ölkələrdə, bu boşluğu kompensasiya etmək üçün regionlarda ambulator xidmətlər və mobil tibbi qruplar mövcuddur. Evdə inyeksiyanın qadağan edilməsi nadir hallarda olur və adətən risklərin çox yüksək olduğu yerlərdə tətbiq edilir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 723   Tarix: 17 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanı yeni pandemiyalar bürüyə bilər - XƏBƏRDARLIQ

Dünya COVID-19 pandemiyasından dərs çıxarsa da, yeni epidemiyalara qarşı hələ də kifayət qədər hazırlıqlı deyil. -ın xarici mediaya istinadən xəbərinə görə, beynəlxalq ekspertlər bildirirlər ki, təhlükəli yoluxucu xəstəliklərin yayılması halları getdikcə artır, epidemiyalar daha geniş miqyas alır v

12 iyul
.

İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? - VİDEO

"Baku Med" verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə

18 iyul
.

Su içməyi necə vərdişə çevirmək olar? - 5 tövsiyə

Su orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bununla belə, bir çox insan gün ərzində tövsiyə olunan miqdarda su qəbul etmir. Qaynarinfo "BHG" nəşrinə istinadən xəbər verir ki, diyetoloqlar su içməyi gündəlik vərdişə çevirməyə kömək edəcək sadə məsləhətlər bölüşüblər. Diyetolo

13 iyul
.

Çəki atmaq üçün istifadə edilən dərmanların gözlənilməz təsiri açıqlandı

Çəkini tənzimləmək və şəkərli diabeti müalicə etmək üçün məşhur dərmanlardan istifadə edən pasiyentlər alkoqolun onlara artıq zövq vermədiyini və spirtli içkilərə meyllərinin azaldığını getdikcə daha çox bildirirlər. xəbər verir ki, bu barədə -ya rusiyalı endokrinoloq İrina Lenkina məlumat verib. Mütəxəssi

19 iyul
.

Yoğun bağırsaq xərçənginin qarşısını necə almaq olar? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında yoğun bağırsaq xərçəngi barədə müzakirə aparılıb. Yoğun bağırsaq xərçəngi nədir?. İrsi meyillilik xəstəliyin yaranma riskini artırırmı?. Qidalanma yoğun bağırsaq xərçənginə necə təsir edir?. Bütün poliplər təhlükəlidirmi?. Gənclərdə yoğu

11 iyul
.

Qocalmanın qarşısını ala bilsək, insan nə qədər yaşaya bilər? - Alimlər hesabladı

Yeni araşdırmaya görə, qocalmanın demək olar ki, bütün əsas səbəbləri aradan qaldırılsa belə, insan ömrünün nəzəri maksimum həddi təxminən 200 il ola bilər. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, alimlər qocalmanın əsas mexanizmlərinin aradan qaldırıldığı hald

24 iyul
.

Beyin şişlərinə qarşı yeni peyvənd xəstələrə ümid verir

Almaniyada aparılan tədqiqatda beyin şişlərinə qarşı vaksinasiya olunan xəstələrin 66 faizi səkkiz il sonra sağ qalıb. Peyvəndin məqsədi şişin təkrar yaranmasının qarşısını almaqdır. Beyin şişlərinin müalicəsi çətindir, çünki onların əməliyyatla tam götürülməsi çox nadir hallarda mümkün olur. Xəstələr

8 iyul
.

Sağlam olmayan münasibətlərin 7 gizli əlaməti - Psixoloq açıqladı

Amerikalı psixoloq Mark Trevers (Mark Travers) diqqətdən yayınan, lakin münasibətin sağlam olmadığını göstərən yeddi əsas əlaməti sadalayıb. Qaynarinfo-nun məlumatına görə, CNBC-də dərc olunan məqaləsində Trevers bildirib ki, bir çox insan aylarla, hətta illərlə sağlam olmayan münasibətlərdə qalır. Onla

13 iyul
.

Ürək sağlamlığını qorumaq üçün bu 3 qidadan uzaq durun

Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "HuffPost" nəşrinin məlumatına görə, kardioloqlar və dietoloqlar ürək sağlamlığını qorumaq üçün qidalanmada ediləcək bir neçə sadə dəyişikliyin böyük fayda verə biləcəyini bildirirlər. Mütəxəssisləri

21 iyul