Gündə 20 dəqiqə ilə xərçəng riskini necə azaltmaq olar?
Amerikalı mütəxəssislər sadə bir gündəlik vərdişlə müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin yaranma riskinin azalması arasında əlaqə aşkar ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Amerika onkoloji cəmiyyətinin alim və tibb ekspertləri pasiyentlərin tibbi kartlarının məlumatlarını genişmiqyaslı şəkildə araşdırarkən, onkoloji xəstəliklərin azalması ilə gündə 20 dəqiqə piyada gəzmək arasında korrelyasiya müəyyən ediblər.
Mütəxəssislər belə qənaətə gəliblər ki, bu qədər sadə bir vərdiş təhlükəli xəstəliklərin, o cümlədən xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Alimlərin araşdırmasına 10 il ərzində müşahidə edilən 755 549 nəfərin məlumatları daxil edilib. Məlum olub ki, gündəlik piyada gəzinti hər iki cins üzrə qaraciyər xərçəngi riskini 18% azalda bilər. Qadınlarda isə həftədə 2,5 saat orta səviyyəli fiziki aktivlik süd vəzi xərçəngi riskini 6%, həftədə 5 saat aktivlik isə 10% azaldır.
Böyrək xərçəngi ehtimalı gündəlik gəzintilər zamanı təxminən 11% azalır, həftədə 5 saatlıq aktivlik olduqda isə 18%-dən çox azalır.
Həmçinin orta səviyyəli fiziki yüklənmə kişilərdə bağırsaq xərçəngi riskini 14%, qadınlarda uşaqlıq xərçəngi riskini isə 18% azaldır.
Xərçəng riskini daha da azaltmaq üçün ekspertlər sağlam həyat tərzi sürməyi və zərərli vərdişlərdən imtina etməyi tövsiyə edirlər. Daha çox meyvə, tərəvəz və lifli qidalar yemək, şirniyyat və un məmulatlarının, həmçinin yağlı və emal olunmuş məhsulların istehlakını azaltmaq məsləhət görülür. Çəkiyə nəzarət etmək, təzyiqi izləmək, stress səviyyəsini azaltmaq və kifayət qədər dincəlmək də vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
8 oktyabrHansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
6 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrXərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24 oktyabrGöz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11 oktyabrƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabr