Ağıl dişlərini çıxarmaq lazımdırmı?
Bir çox insan düşünür ki, ağıl dişlərini mütləq çıxartmaq lazımdır, lakin bu, hər zaman doğru deyil. Ağıl dişlərinin çıxarılması yalnız o zaman zəruri sayılır ki, onlar ağrı, iltihab, infeksiya, kariyes yaratsın və ya qonşu dişlərə təzyiq göstərsin.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Ağıl dişləri nə vaxt çıxır?
Ağıl dişləri erkən yeniyetməlik dövrünə qədər ağızda formalaşmır. Onlar adətən diş ətinin altında inkişaf etməyə başladığı üçün rentgen müayinələrində 8-15 yaş aralığında görünə bilər. Bəzi insanlarda isə bu dişlər ümumiyyətlə formalaşmır.
Amerika Stomatoloji Assosiasiyasının məlumatına görə, ağıl dişləri diş ətindən çıxmaq üçün bir neçə il ərzində inkişaf edə bilər. Əksər hallarda onlar 17-21 yaş aralığında çıxır. Lakin bəzi hallarda heç çıxmır və ya yalnız qismən diş ətindən görünür.
Ağıl dişləri ağız boşluğunun ən arxa hissəsində alt və üst çənənin hər iki tərəfində yerləşir.
Hansı problemlər yarada bilər?
Ağıl dişləri ilə bağlı ən çox rast gəlinən problemlər:
Dişin retensiyalı olmasının səbəbi çənənin diş üçün kifayət qədər yerinin olmaması və ya dişin çıxmağa çalışarkən əyilərək yanlış istiqamətdə inkişaf etməsi ola bilər.
Ümumilikdə ağıl dişləri aşağıdakı fəsadlara səbəb ola bilər:
Perikoronit - retensiyalı ağıl dişinin ətrafındakı toxumanın iltihablanması və infeksiyalaşmasıdır. Adətən ağrı və şişkinliklə müşayiət olunur.
Kariyes - dişin qonşu dişə bucaq altında yerləşməsi aralıqları təmizləməyi çətinləşdirir və nəticədə kariyes yarana bilər.
Parodontit - dişləri saxlayan toxumanın infeksiyasıdır. Müalicə olunmadıqda dişləri əhatə edən sümüyün zədələnməsinə səbəb ola bilər.
Kök rezorbsiyası - diş köklərinin dağılmasıdır. Bu, həm ağıl dişinin özündə, həm də yaxınlıqdakı dişdə baş verə bilər.
Ağıl dişləri nə vaxt çıxarılmalıdır?
Ağıl dişlərinin çıxarılması gənclərin ən çox keçirdiyi əməliyyatlardan biridir. Bir çox insanda ən azı bir ağıl dişi çıxarılıb. Bəzi hallarda ağıl dişləri ciddi problemlər yaratdığı üçün onların cərrahi yolla çıxarılması lazım olur.
Stomatoloq və ya ortodont aşağıdakı hallarda ağıl dişinin çıxarılmasını tövsiyə edə bilər. O ağrı verirsə, digər dişlərə zərər vurursa, kariyesə məruz qalırsa və ya kariyes yaradırsa, parodontit riski yaradırsa və ya parodontitə səbəb olursa. Əgər ağıl dişləri çıxıb və ağız boşluğunda heç bir problem yaratmırsa, onları çıxartmamaq da mümkündür.
Ağıl dişi çıxarılandan sonra yarana biləcək risklər
Ağıl dişlərinin cərrahi çıxarılması bəzi fəsadlarla nəticələnə bilər. Bunlara daxildir:
Quru alveol (dry socket) - diş çıxarılan yerdə yaranan qan laxtasının yerindən tərpənməsi nəticəsində meydana gəlir. Bu, infeksiya, sümük və sinirin açıq qalması kimi problemlərə səbəb ola bilər.
İnfeksiya - diş çıxarılan sahədə bakteriya və qida qalıqları yığıldıqda infeksiya yarana bilər. Nadir hallarda bu, əməliyyatdan həftələr və hətta aylar sonra da ortaya çıxa bilər.
Sinir zədələnməsi - dişin yerləşmə dərinliyindən asılı olaraq əməliyyat zamanı ağız boşluğundakı sinirlər zədələnə bilər. Bu isə ağrı, keyimə və iynələnmə hissi ilə özünü göstərə bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
8 oktyabrHansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
6 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrXərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24 oktyabrGöz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11 oktyabrƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabr