Yük maşını ilə pişiyi vuraraq ağır yaralayan sürücü saxlanılıb - VİDEO
Adanada yük maşını ilə bir pişiyi vuraraq ağır yaralayan sürücü saxlanılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 21-də Seyhan rayonunun Döşeme məhəlləsində baş verib. A.T.-nin idarə etdiyi yük maşını küçədə olan iki pişikdən birinin üzərindən keçib və sürücü hadisə yerindən uzaqlaşıb. Həmin anlar yaxınlıqdakı obyektin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Yaralı pişiyi isə hadisədən 4 gün sonra Merve Taşgıt (28) aşkar edib. O, heyvanı dərhal baytarlıq klinikasına aparıb. Müayinələr zamanı pişiyin ayağında sınıq olduğu, quyruğunun funksiyasını itirdiyi və ümumi vəziyyətinin ağır olduğu bildirilib.
Məlumat əsasında araşdırmaya başlayan Seyhan Rayon Polis İdarəsinin əməkdaşları şübhəlinin kimliyini müəyyən edərək onu saxlayıblar. İfadəsində A.T. özünü heyvansevər adlandıraraq, pişikləri görmədiyini və qəsdən üzərlərinə sürmədiyini deyib. Daha sonra məhkəməyə çıxarılan şəxs barəsində istintaq müddətində azadlıqda qalmaq şərti ilə məhkəmə nəzarəti tədbiri seçilib və 1 ay heyvan sığınacağında işləmək cəzası verilib.
Yaralı pişiyi taparaq xəstəxanaya aparan Merve Taşgıt bildirib ki, heyvanı əvvəllər də özü qidalandırırmış. Onun sözlərinə görə, hadisədən əvvəl bir neçə gün pişiyi görməyib: "Bir gün işə gələndə pişik ağlaya-ağlaya yanıma gəldi. Ayağının sındığını gördüm və dərhal klinikaya apardım. Vəziyyəti ağırdır, müalicəsi və əməliyyatları davam edir".
Taşgıt sürücünün pişiyi qəsdən vurduğunu iddia edərək təhlükəsizlik kamerası görüntülərini izlədikdən sonra dərin sarsıntı keçirdiyini deyib. O bildirib ki, sürücü düz yolda hərəkət edərkən manevr edərək pişiklərin üzərinə yönəlib: "Bu, açıq şəkildə qəddar hərəkətdir. Pişiklər Allahın səssiz bəndələridir. Əgər pişik ölsə, çox üzülərəm. Bu gün heyvana bunu edən sabah insana da edə bilər. Onun layiqli cəza almasını istəyirəm".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 573 Tarix: 28 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrQadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə
10 sentyabrMəsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO
İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric
9 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrCəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrKirayə avtomobillə drift edən sürücüyə 140 min cərimə - VİDEO
İstanbulun Başakşehir rayonunda kirayə götürdüyü avtomobillə drift edən sürücü polis tərəfindən müəyyən edilərək cəzalandırılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. 34 KOT 241 dövlət nömrə nişanlı avtomobilin drift etdiyi anlar lentə alınaraq sosial qrupa göndərilib
8 sentyabr