Günün bu saatlarında daha çox insult baş verir
İspaniyanın Karl III Milli Tədqiqat Mərkəzinin (CNIC) alimləri müəyyən ediblər ki, işemik insultun ağırlığı onun baş verdiyi günün vaxtından asılıdır.
Araşdırmalara görə, axşam və gecə saatlarında baş verən insultlar zamanı beyinin zədələnməsi, adətən, daha güclü olur.
BAKU.WS-in "Circulation Research" jurnalına istinadla verdiyi xəbərə görə, bu prosesdə əsas rol neytrofillərin - anadangəlmə immunitetin ən çoxsaylı hüceyrələrinin - sutkalıq ritmlə tənzimlənməsidir. Məhz bu hüceyrələr insult zamanı ilk reaksiya verənlərdir. Siçanlar üzərində aparılan təcrübələr və 500-dən çox pasiyentin klinik məlumatlarının təhlili göstərib ki, sutkalıq dövrün müəyyən fazalarında neytrofillər daha aqressiv, iltihab yaradan vəziyyətə keçir.
Axşam və gecə saatlarında bu hüceyrələr daha fəal şəkildə hüceyrədənkənar tələlər - DNT və zülallardan ibarət hörümçək toruna bənzər strukturlar - ifraz edir. Normal halda bu strukturlar orqanizmin infeksiyalara qarşı mübarizəsinə kömək edir, lakin insult zamanı onların artıqlığı beyində mikrosirkulyasiyanı pozur, mikrotrombların yaranmasına səbəb olur, əlavə qan dövranını azaldır və toxuma zədələnməsini gücləndirir.
Əksinə, səhər saatlarında neytrofillər daha sakit davranır, bu isə insult zamanı zədələnmə zonasının daha kiçik olmasına kömək edir. Tədqiqat müəlliflərinin sözlərinə görə, bu məlumatlar izah edir ki, niyə eyni simptomlara malik xəstələrdə insultun nəticələri tamamilə fərqli ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çəki atmaq üçün istifadə edilən dərmanların gözlənilməz təsiri açıqlandı
Çəkini tənzimləmək və şəkərli diabeti müalicə etmək üçün məşhur dərmanlardan istifadə edən pasiyentlər alkoqolun onlara artıq zövq vermədiyini və spirtli içkilərə meyllərinin azaldığını getdikcə daha çox bildirirlər. xəbər verir ki, bu barədə -ya rusiyalı endokrinoloq İrina Lenkina məlumat verib. Mütəxəssi
19 iyulBu baş ağrısı həyatınız üçün təhlükəli ola bilər
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qəfil başlayan və bir neçə saniyə ərzində çox şiddətlənən baş ağrısı həyati təhlükə yaradan vəziyyətin əlaməti ola bilər. Belə hallarda vaxtında tibbi yardım göstərilməsi həyatı xilas edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər "ildırımvar
5 iyulUzun ömür sürmək üçün nə yemək lazımdır? - Ən faydalı 11 qida
Sağlam qidalanma uzunömürlülüyün əsas amillərindən biri hesab olunur. Antioksidantlarla zəngin qidaların gündəlik rasiona daxil edilməsi iltihabı azaltmağa, hüceyrələri zədələnmədən qorumağa və xroniki xəstəliklərin inkişaf riskini aşağı salmağa kömək edə bilər. Qaynarinfo "Verywell Health"
9 iyulHansı qızılbalıqda omeqa-3 daha çoxdur: Təzə, yoxsa konservləşdirilmiş?
İnsan orqanizminin omeqa-3 yağ turşularına ehtiyacı var. Bu maddələri qida əlavələrindən, həmçinin qoz-fındıq, toxum və yağlı balıq kimi məhsullardan əldə etmək mümkündür. Qaynarinfo "Real Simple" nəşrinə istinadən xəbər verir ki, qızılbalıq da orqanizmi omeqa-3 yağ turşuları ilə təmin edə
3 iyulİnsan ömrünün son həddi açıqlandı
Bütün xəstəliklərin müalicəsi tapılsa və qocalmanı ləngidən ideal dərman hazırlansa belə, insanların əbədi yaşaması mümkün olmayacaq. "Qafqazinfo"nun məlumatına görə, rusiyalı alimlərin yeni araşdırması göstərir ki, hüceyrələrdə zamanla yığılan təsadüfi DNT mutasiyaları insan ömrü üçün aşılmas
24 iyulÜrək sağlamlığını qorumaq üçün bu 3 qidadan uzaq durun
Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "HuffPost" nəşrinin məlumatına görə, kardioloqlar və dietoloqlar ürək sağlamlığını qorumaq üçün qidalanmada ediləcək bir neçə sadə dəyişikliyin böyük fayda verə biləcəyini bildirirlər. Mütəxəssisləri
21 iyulİti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır
A vitamini insan orqanizmində təkcə immunitet və dəri sağlamlığı üçün deyil, həm də görmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. Alimlərin son araşdırması göstərib ki, bu vitaminin törəmələri insanın hələ ana bətnində olarkən iti mərkəzi görməsinin yaranmasına birbaşa təsir edir. -in məlumatın
10 iyulQarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
Qarpızın tərkibində artıq nitratların olduğunu su və yodla aparılan iki test göstərə bilər. Lakin nitrat səviyyəsini gözlə dəqiq müəyyən etmək mümkün deyil, ona görə də nitrat testerindən istifadə etmək ən yaxşısıdır. -a istinadla xəbər verir ki, bu barədə rusiyalı kənd təsərrüfatı elmləri doktoru, dosen
4 iyul