Qripin ağırlaşma halları 5 yaşın altında olan uşaqlarda müşahidə edilir - İnfeksionist
Hər il olduğu kimi qış aylarında qripə yoluxma hallarının bir qədər çox olduğunu müşahidə edirik. Epidemioloji qanunauyğunluqlar əsasında deyə bilərik ki, mart ayında və daha sonra qripə yoluxma hallarının azalması gözlənilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, ölkədə epidemioloji durum müvafiq səhiyyə qurumları tərəfindən ciddi izlənilir:
"Aparılan müşahidə və tədqiqatlar hazırda qrip infeksiyası ilə əlaqədar epidemioloji vəziyyətin nəzarət altında olmasını göstərir. Bu hallarda əlavə tədbirlərə ehtiyac duyulmur. Qripin ağırlaşmaları 5 yaşın altında olan uşaqlar ilə yanaşı digər risk qruplarında da müşahidə edilir. Bunlara hamilələr, 65+yaşlı insanlar və müxtəlif səbəbli immundefisiti və ağır yanaşı xroniki xəstəlikləri olan şəxslərdir. Vaksinasiya qeyd edilən bütün risk qruplarına daxil olan insanlar üçün ciddi tövsiyə olunur. Ən çox rast gələn ağırlaşmalar əsasən pnevmoniya, həmçinin uşaqlarda orta qulağın iltihabı təsadüf olunur. Qripə qarşı vaxtında edilmiş vaksinasiya yoluxma hallarında xəstəliyin asimptomatik, bəzən yüngül və fəsadsız keçməsinə səbəb olur. Vaksin eyni dərəcədə bütün fəsadlardan şəxsi qoruyur və risk qruplarına daxil olan insanların peyvənd olunması bu məqsədi daşıyır".
Təyyar Eyvazov qeyd edib ki, ümumi gigiyena tədbirlərinə əməl olunması tövsiyə olunur:
"Əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıca yuyulması (bu, bütün ailə üzvlərinə, xüsusən öskürmədən, asqırdıqdan sonra və ya körpələrlə təmasdan əvvəl aiddir). Tənəffüs yollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkən ağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəklə bağlanmalıdır. Xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır. Tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları, oyuncaqlar) müntəzəm təmizlənməsi vacibdir. Kəskin respirator virus infeksiyası epidemiyaları dövründə insanların böyük izdihamından yayınmalı, xəstə insanlar (xüsusilə uşaqlar) mümkünsə evdə qalmalı və risk qrupuna aid insanlarla (körpələr, yaşlılar) təmasdan çəkinməlidirlər.
Körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsi vacibdir, çünki ana südü qoruyucu faktorları ehtiva edir.
TƏBİB-dən isə mövzu ilə bağlı bildirilib ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.
"8 oktyabrdan 28 yanvaradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 27 271 nəfər qrip əleyhinə peyvənd olunub.
Onlardan 0-17 yaş aralığı 4 219 nəfər, 18-59 yaş aralığı 16 875 nəfər, 60 yaş və yuxarı isə 6 177 nəfərdir".
Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan "Sanofi Pasteur" şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər. Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya