Qripin uşaqlarda yaratdığı fəsadlar - Nəyə diqqət edək?
Payız və qış aylarında uşaqlar arasında tez-tez görülən qrip, düzgün müalicə edilmədikdə ciddi problemlərə səbəb ola bilər
Qaynarinfo xəbər verir ki, immun sistemi zəif olan uşaqlar xəstəliyi daha ağır keçirə bilər. Uşaqlarda adətən yüngül keçən viral xəstəlik olan qrip birdən başlayan hərarət, burun axıntısı, boğaz və əzələ ağrıları kimi əlamətlərlə özünü göstərir.
Qrip nədir?
Viral infeksiya olan qrip (influenza), ağciyərlərdəki hava yollarına mənfi təsir göstərə bilən və yüksək yoluxucu xüsusiyyətə malik bir xəstəlikdir. Mövsüm keçidlərində öskürək ilə başlayır və yüksək hərarət, halsızlıq, oynaq ağrıları kimi əlamətlərlə özünü göstərir.
Havalar soyuduqca yayılan qrip, uşaqlarda adətən bir həftədən qısa müddətdə keçir. İmmuniteti zəif olan uşaqlarda isə xəstəlik ağır gediş ala bilər və xəstəxana şəraitində müalicəyə qədər gedə bilər. Bu uşaqlarda qrip, ağciyər infeksiyasına, yəni pnevmoniyaya səbəb ola bilər.
Qrip virusları və yayılması
Payız aylarında ən çox görülən xəstəliklərə səbəb olan A və B tip qrip viruslarıdır. Bu iki virus daha çox insanı təsir edir və xüsusilə xroniki xəstəliyi olan uşaqların müalicəsi xəstəxanada aparılmalıdır.
Qrip virusunun bu gün də təsirli olmasının əsas səbəbi isə virusların tez-tez mutasiya olunmasıdır. Bu isə insanların hər il yeni bir virus növü səbəbindən xəstələnməsi deməkdir.
Uşaqlara qrip virusu öskürək və asqırmaq nəticəsində nəfəs yolu ilə ötürülür. Virus adətən yaxın təmas yolu ilə məktəb və uşaq bağçası kimi qapalı mühitlərdə yayılır. Virus uşaqlardan uşaqlara, həmçinin qapı qolları, oyuncaqlar və qələm kimi səthlər üzərindən keçə bilər.
Uşaqlar yoluxmuş bir şəxsin toxunduğu səthə toxunaraq sonra əllərini ağızlarına, burunlarına və gözlərinə aparmaqla qrip virusunu qəbul edə bilər. Başqalarını yoluxdurma riski adətən xəstəliyin 5-7-ci günlərində yüksək olur. Yoluxmanın ən yüksək səviyyədə olduğu dövr isə əlamətlər başlamazdan əvvəlki ilk 24 saatdır.
Uşaqlarda qrip əlamətləri
Uşaqlarda qrip əsasən tənəffüs yolu xəstəliyi kimi başlayır. Zamanla bütün bədəni təsir edən virus aşağıdakı əlamətlərlə özünü göstərir:
39-40 dərəcə arasında yüksək hərarət
Güclü bədən ağrıları
Baş və boğaz ağrısı ilə birlikdə halsızlıq
Burun axıntısı və tıxanması ilə başlayan öskürək
Bulantı, qusma və artan ishal
Xüsusilə 5 yaşdan kiçik, xroniki sağlamlıq problemləri olan uşaqlarda qrip ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu uşaqlar yüksək risk qrupuna aid olduğundan, qripin qarşısını almaq, qrip ilə əlaqəli xəstəliklərdən qorumaq və həyati riskləri azaltmaq üçün mövsümi qrip vaksini tətbiqi vacibdir.
Qripin yaratdığı komplikasiyalar
Bu yaş qrupunda qripdən qaynaqlanan komplikasiyalar aşağıdakılar ola bilər:
Pnevmoniya - Ağciyərlərin infeksiyadan təsirlənməsi nəticəsində təhlükəli vəziyyət yarana bilər.
Dehidratasiya - Xəstəlik səbəbindən bədənin çoxlu maye və duz itirməsi vəziyyəti ağırlaşdıra bilər.
Ürək xəstəliyi və ya astma kimi uzunmüddətli xəstəliklərin davam etməsi təhlükəli ola bilər.
Sinus və qulaq infeksiyaları - Sağlamlıqla bağlı digər problemlərin başlanmasına səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
24 oktyabrSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30 oktyabrSəsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf
Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm
8 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabrÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabr