ƏHALİYƏ XƏBƏRDARLIQ: Fevralın 15-i axşam saatlarında BAŞLAYACAQ
Bu gün, 14 fevral və sabah Yer kürəsində maqnit qasırğası gözlənilmir.
Bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, qısa müddətli lokal aktivlik ehtimalı olsa da, ümumilikdə geomaqnit şərait əsasən sakit qalacaq.
Bununla yanaşı, fevralın 15-i axşam saatlarına doğru və 16-sı günün əvvəlində Günəşdəki tac dəlikdən çıxan yüksək sürətli axının Yerə çatacağı proqnozlaşdırılır. Bu baş verərsə, G1 səviyyəli (zəif) maqnit qasırğası yarana bilər.
Digər meteoroloji platforma olan "Meteoagent" də fevralın 15-də geomaqnit aktivliyin artacağını, lakin bunun maqnit qasırğası səviyyəsinə çatmayacağını bildirib.
Maqnit qasırğası nədir?
Maqnit qasırğaları Günəşdə baş verən alışmalar və tac kütləsinin püskürməsi nəticəsində yaranır. Yüklü hissəcik axınları Yerə çataraq planetin maqnit sahəsində dalğalanma yaradır və bu proses maqnit qasırğası adlanır.
Belə dövrlərdə qütb parıltıları güclənə bilər, peyk rabitəsi, naviqasiya və kommunikasiya sistemlərində müəyyən nasazlıqlar mümkündür. Geomaqnit aktivlik G1-dən G5-ə qədər şkala ilə, zəifdən ekstremal səviyyəyə qədər qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, meteohəssas insanlarda maqnit qasırğaları bəzən baş ağrısı, yorğunluq və təzyiq dəyişkənliyi kimi hallar yarada bilər. (Musavat.com)
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1385 Tarix: 14 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə
10 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabr