Oğlunun məzarı başında ürəyi tutan ana vəfat edib
Türkiyənin Bolu şəhərində baş verən faciəvi hadisə ictimaiyyəti bir daha sarsıdıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, on gün əvvəl 16 yaşlı oğlu Efe Kerem Konuku torpağa tapşıran Mine Konuk vəfat edib.
Məlumata görə, fevralın 14-də yeniyetmə yaşadığı evdə ölü tapılmış, daha sonra Kılıçarslan Mezarlığı qəbiristanlığında dəfn olunmuşdu. Gənc yaşda baş verən ölüm ailəni və yaxınlarını dərin kədərə qərq etmişdi.
Oğlunun qəfil itkisi ilə sarsılan ana Mine Konuk məzar ziyarəti zamanı halı pisləşib. Bildirilir ki, o, övladının qəbri başında ürəktutması keçirib. Əraziyə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ilkin müdaxilə göstərildikdən sonra o, xəstəxanaya çatdırılıb.
Vəziyyəti ağırlaşdığı üçün daha sonra Ankaraya göndərilən Mine Konuk reanimasiya şöbəsində müalicə alırdı. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ana və oğulun qısa zaman aralığında vəfat etməsi yaxınlarını və şəhər sakinlərini dərin hüznə boğub. Hadisə bölgədə böyük kədər doğurub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1338 Tarix: 26 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə
10 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrİtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabr