"Qarabağ" "Dinamo"nu keçsə kiminlə qarşılaşa bilər? (SİYAHI)
Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın SSKA klubuna penaltilər seriyasında məğlub olan "Qarabağ" avrokuboklarda mübarizəsini UEFA Konfrans Liqasında davam etdirəcək.
Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə qarşılaşacaq. İlk görüş avqustun 6-da Polşanın Lyublin şəhərində, cavab oyunu isə avqustun 13-də Bakıda keçiriləcək.
Konfrans Liqasının pley-off mərhələsinin püşkü isə bu qarşılaşmalardan əvvəl - avqustun 3-də atılacaq. "Qarabağ"ın UEFA klub reytinqinin yüksək olması səbəbindən "Dinamo" - "Qarabağ" cütü püşkatmada səpələnmişlər sırasında yer alacaq.
"Qarabağ" Kiyev təmsilçisini mübarizədən kənarlaşdıracağı təqdirdə pley-off mərhələsində aşağıdakı komandalardan biri ilə qarşılaşa bilər:
* İspaniyanın "Xetafe" klubu;
* "Riyeka" (Xorvatiya) - "İlves" (Finlandiya);
* ÇFR Kluj (Rumıniya) - "Tromsö" (Norveç);
* HİK (Finlandiya) - "Moteruell" (Şotlandiya);
* "Tvente" (Niderland) - DAK 1904 (Slovakiya);
* RFS (Latviya) - "Yablonets" (Çexiya);
* "Brann" (Norveç) - "Apollon" (Kipr);
* "Jalgiris" (Litva) - "Hayduk" (Xorvatiya);
* "Şkendiya" (Şimali Makedoniya) - "Hibernian" (Şotlandiya);
* "Avstriya" (Vyana) - "Beytar" (İsrail);
* GKS Katovitse (Polşa) - "Hapoel" Təl-Əviv (İsrail);
* "Vaduts" (Lixtenşteyn) - "İnter" (Finlandiya);
* "Norşellann" (Danimarka) - "Valyur" (İslandiya);
* "Auda" (Latviya) - "Dinamo" Tirana (Albaniya).
Bundan başqa, Avropa Liqasının III təsnifat mərhələsində məğlub olacaq aşağıdakı cütlüklərdən biri də "Qarabağ"a rəqib ola bilər:
* "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya);
* "Beşiktaş" (Türkiyə) - "Hradets-Kralove" (Çexiya);
* "Ferensvaroş" (Macarıstan) - "Qurnik" (Polşa);
* "Makkabi" Təl-Əviv (İsrail) - SSKA (Bolqarıstan).
Beləliklə, püşkün nəticəsindən asılı olaraq "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Avropa Liqasında ona mane olan ÇSKA ilə yenidən üz-üzə gələ bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Tacir Şahmalıoğlu əməliyyat olundu