Nəriman Axundzadə Türkiyə klubuna keçir

Nəriman Axundzadə Türkiyə klubuna keçirAzərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə "Kolambus Kryu"dan ayrılıb.

Sonxeber.az Sportinfo.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək.

O, gələn mövsümdən Super Liqada mübarizə aparacaq "Erzurumspor"la danışıqları uğurla yekunlaşdırıb.

"Erzurumspor" I Liqanın son çempionudur. Beləliklə, 5 illik fasilədən sonra yenidən Super Liqada çıxış etmək hüququ qazanıblar.

Nərimanın MLS təmsilçisini Türkiyə klubuna dəyişməsi öz qərarıdır. O, ABŞ çempionatının Şərq zonasında 20 xalla 11-ci pillədə qərarlaşan "Kolambus Kryu"nu təsadüfən tərk etməyib.

Bu ilin yazında "Qarabağ"dan alınmış və 3,5 illik müqavilə bağlanmış ön xətt oyunçusu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

O, məşqçi korpusundan lazımı qədər dəqiqələr almadığını, ehtiyatda qalmaqdan bezdiyini diqqətə çatdırıb.

Futbolda ilk addımlarını "Xəzər Lənkəran"da atmış forvard ona düşərgəni dəyişməsi üçün icazənin verilməsini xahiş edib və müsbət cavab alıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 311   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Arsenal" Vinisius üçün "Real"a 135 milyon avro təklif edib

İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real" komandasında çıxış edən braziliyalı vinger Vinisius Juniorun transferi üçün 135 milyon avro təklif edib. "Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, bonuslar da nəzərə alınmaqla sözügedən transferin ümumi dəyər

2 avqust
.

"Məni bağışla" - Yamal Messiyə bunu deyibmiş

İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal DÇ-2026 finalından sonra Argentina millisinin kapitanı Lionel Messi ilə aralarında baş tutan dialoqu açıqlayıb. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Yamal Messidən bağışlanmasını istəyib. "Leo Messi mənim üçün ən böyük futbolçudur

21 iyul
.

"Qarabağ" azarkeşləri üçün ÇSKA ilə oyunun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, biıetləri vasitəsilə onlayn şəkild

25 iyul
.

"Qarabağ" Avropa Liqası ilə vidalaşdı (YENİLƏNİB)

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" səfərdə ÇSKA (Sofiya, Bolqarıstan) ilə cavab oyununa çıxıb. Qaynarinfo-nun məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0. Bakıda baş tutan ilk görüşdə də tərəflər fərqlənə bilməmişdilər

31 iyul
.

"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilməyib

İspaniyanın "Real" və Almaniyanın "Leyptsiq" klubları arasında Fildişi Sahili yığmasının vingeri Yan Diomandenin transferi ilə bağlı aparılan danışıqlarda yekun razılıq əldə olunmayıb. "Report" "Bild"ə istinadən xəbər verir ki, Almaniya klubu Madrid təmsilçisini

1 avqust
.

"Dinamo" -"Neftçi" matçının hakimləri açıqlandı

"Neftçi"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Minsk "Dinamo"su ilə keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb. "Qafqazinfo" UEFA-ya istinadən xəbər verir ki, oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Tim Marşall

24 iyul
.

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir. "Report"un məlumatına görə, yarışın 6-cı günündə Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq. Təsəlliverici görüş. 48 kq. Hüseyn Rzazadə - Amirali Faz (İran). Təsnifat mərhələsi. 71 kq. Tunar Quliyev - Adilet Risbay (Qazaxıstan)

1 avqust
.

"Mançester Yunayted" Lyuis Hollun transferi üçün təklif hazırlayıb

İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanın digər təmsilçisi "Nyukasl"ın müdafiəçisi Lyuis Hollun transferi üçün rəsmi müraciət ünvanlayacaq. "Report" "TEAMtalk"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Mançester təmsilçisinin müdafiə xəttini gücləndirmə

2 avqust
.

Böyük qayıdış: Zidan rəsmi olaraq Fransa millisində Deşamı əvəz etdi

Dünya futbolunun əfsanəsi Zinəddin Zidan rəsmi olaraq Fransa milli komandasının yeni baş məşqçisi olub. -ın xarici mediaya istinadən xəbərinə görə, 54 yaşlı mütəxəssis Didye Deşamı əvəz edəcək və milli komandanı qarşıdan gələn 2028-ci il Avropa və 2030-cu il Dünya çempionatlarına hazırlayacaq. Deşamı

28 iyul