Məhəmməd Salah Super Liqa tarixinə düşdü - Osimheni geridə qoydu
Türkiyənin "Trabzonspor" klubunun transferi üçün rəsmi danışıqlara başladığını açıqladığı misirli ulduz Məhəmməd Salah hələ debüt etməmiş Super Liqa tarixinə düşməyi bacarıb.
BAKU.WS xəbər verir ki, Transfermarkt məlumatlarına əsasən, Salahın karyerası ərzində çatdığı 150 milyon avroluq bazar dəyəri onu Türkiyə Super Liqasında çıxış etmiş futbolçular arasında ən yüksək göstəriciyə sahib oyunçu edib.
Bununla da 33 yaşlı hücumçu indiyədək 120 milyon avro ilə rekordun sahibi olan "Qalatasaray"ın nigeriyalı forvardı Viktor Osimheni geridə qoyaraq siyahının zirvəsinə yüksəlib.
"Transfermarkt"a görə, Super Liqa tarixində ən yüksək bazar dəyərinə çatan futbolçuların ilk onluğu belədir:
Məhəmməd Salah - 150 milyon avro
Viktor Osimhen - 120 milyon avro
N'Qolo Kante - 100 milyon avro
Mauro İkardi - 100 milyon avro
Leroy Sane - 100 milyon avro
Dele Alli - 100 milyon avro
Marko Asensio - 90 milyon avro
Arda Gülər - 90 milyon avro
Nikolas Pepe - 75 milyon avro
Miralem Pyaniç - 70 milyon avro
Qeyd edək ki, "Trabzonspor" Məhəmməd Salahla transfer danışıqlarına başlandığını artıq rəsmən açıqlayıb. Misirli futbolçunun bu gün İstanbula, daha sonra isə Trabzona yollanaraq klubla rəsmi müqavilə imzalaması gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1400 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tarixdə ilk, Azərbaycanda 4-cü
"Sabah" Azərbaycan futbolu tarixinə avrokuboklarda Liqa mərhələsinə yüksələn 4-cü komanda kimi düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS"
29 iyul"Qarabağ" qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" növbəti avrokubok sınağına çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda Bolqarıstanın SSKA Sofiya klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcə
23 iyul"Arsenal" Vinisius üçün "Real"a 135 milyon avro təklif edib
İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real" komandasında çıxış edən braziliyalı vinger Vinisius Juniorun transferi üçün 135 milyon avro təklif edib. "Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, bonuslar da nəzərə alınmaqla sözügedən transferin ümumi dəyər
2 avqust"Sabah"ın potensial rəqibi bəlli oldu
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. "Qafqazinfo" xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində keçirilib. Püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibləri müəyyənləşib. Masazır təmsilçisi "Orhus"
3 avqustMillimiz Portuqaliyanı məğlub etdi
Bu gün oğlanlardan ibarət U-18 millimiz Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda növbəti qrup oyununu Portuqaliya seçməsinə qarşı keçirib. "Qafqazinfo" xəbər verir ki, millimiz oyunun ilk hissəsində rəqibə məğlub olsa da, ikinci hissədə geridönü
28 iyul"Qarabağ" Avropa Liqası ilə vidalaşdı (YENİLƏNİB)
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" səfərdə ÇSKA (Sofiya, Bolqarıstan) ilə cavab oyununa çıxıb. Qaynarinfo-nun məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0. Bakıda baş tutan ilk görüşdə də tərəflər fərqlənə bilməmişdilər
31 iyulFrank De Blekere AFFA-dan ayrılaraq Serbiya Futbol Federasiyasına keçib
Belçikalı FIFA referisi Frank De Blekerenin AFFA-dakı fəaliyyəti başa çatıb. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib. 2024-cü ilin iyulunda AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimli
1 avqustDaha bir güləşçimiz U17 dünya çempionatına qələbə ilə başlayıb
45 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Tunar Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ilk görüşünə çıxıb. xəbər verir ki, o, Radoslav Velikovla (Bolqarıstan) qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, daha əvvəl Tunar Quliye
1 avqust