"Qarabağ" yeni futbolçu transfer edəcək?

"Qarabağ" yeni futbolçu transfer edəcək?"Qarabağ" heyəti gücləndirmək üçün yeni futbolçu axtarışlarını davam etdirir.

Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Kiyev "Dinamo"su ilə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçından öncə mətbuat konfransında deyib.

"Axtarışlarımız davam edir. Heyətə yeni futbolçular cəlb etmək istəyirik. İnanıram ki, istədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik", - mütəxəssis vurğulayıb.

Q.Qurbanov komandanın qolkiperi Mateuş Koxalskinin psixoloji durumu haqqında danışıb:

"Koxalskinin psixoloji vəziyyəti qaydasındadır. Ümumiyyətlə, tənqidləri qəbul etməliyik. Hətta uduzduğunuz oyunlarda belə bizi bəzən alqışlayıblar. Koxalski ÇSKA ilə Sofiyadakı oyunda sadəcə penaltilər seriyasında kömək edə bilmədi. Oyunlardakı çıxışı qənaətbəxş idi, narazı qalmadım. Məğlub oluruqsa, tənqid də olunmalıyıq".

O. Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümü ilə bağlı fikirlərini də bölüşüb:

"Növbəti çempionat daha gərgin keçəcək. Daha səliqəli və diqqətli hazırlaşmalıyıq. Amma hələ avrokubokları düşünürük".

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.//Report


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 335   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Arsenal" Vinisius üçün "Real"a 135 milyon avro təklif edib

İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real" komandasında çıxış edən braziliyalı vinger Vinisius Juniorun transferi üçün 135 milyon avro təklif edib. "Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, bonuslar da nəzərə alınmaqla sözügedən transferin ümumi dəyər

2 avqust
.

"Qarabağ"la "Sabah" rəqibini tanıyacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq. "Qafqazinfo" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da potensial rəqibini tanıyacaq. Bakı vaxtı ilə saat 14:00-d

3 avqust
.

"Sabah"ın potensial rəqibi bəlli oldu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. "Qafqazinfo" xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində keçirilib. Püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibləri müəyyənləşib. Masazır təmsilçisi "Orhus"

3 avqust
.

WP: ABŞ Ədliyyə Nazirliyi keçmiş olimpiyaçıya qarşı cinayət işinə xitam verilməsini tələb edib

ABŞ Ədliyyə Nazirliyi əvvəllər Vaşinqtondakı Linkoln memorialının yanındakı hovuzu zədələməkdə təqsirləndirilən keçmiş olimpiyaçı Devid Hernə qarşı cinayət işinə xitam verilməsini istəyib. "Report" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə istinadən "The Washingto

2 avqust
.

"Qarabağ"ın "pley-off"dakı potensial rəqibləri bəlli oldu

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Qaynarinfo xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. Ağdam klubu turnirin II təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) mübarizədən kənarlaşdıracağ

3 avqust
.

"Qarabağ" - "Dinamo" oyununun biletləri satışa çıxarılır

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq. "Qafqazinfo" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək cavab oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq

6 avqust
.

Nəriman Axundzadə Türkiyə klubuna keçir

Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə "Kolambus Kryu"dan ayrılıb. -a istinadən xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək. O, gələn mövsümdən Super Liqada mübarizə aparacaq "Erzurumspor"la danışıqları uğurla yekunlaşdırıb. "Erzurumspor"

3 avqust
.

"Qarabağ" Polşaya yola düşüb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Ukraynanın "Dinamo" (Kiyev) klubunun qonağı olacaq "Qarabağ" matçın keçiriləcəyi Polşaya yollanıb. xəbər verir ki, komanda bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Lublin şəhərinə yola düşüb. Qeyd edək ki, avqustu

5 avqust
.

Tofiq Musayev dünyanın ən güclüləri sırasında - SİYAHI

Məşhur UFC döyüşçümüz Tofiq Musayev yüngül çəki dərəcəsi üzrə yenilənmiş "Meta" reytinqində əhəmiyyətli irəliləyişə nail olub. xəbər verir ki, 36 yaşlı idmançımız hazırda siyahıda 14-cü pillənin sahibidir. İdmançımızın reytinqdəki bu sıçrayışına "UFC Belgrade" turniri çərçivəsind

4 avqust