Suçiçəyi geri qayıda bilər: Kimlər risk qrupundadır?

Suçiçəyi geri qayıda bilər: Kimlər risk qrupundadır?Suçiçəyi keçirən insanların əksəriyyətində uzunmüddətli immunitet formalaşır. Buna görə də xəstəliyə yenidən yoluxma halları olduqca nadir rast gəlinir.

Lent.az xəbər verir ki, bu barədə rusiyalı infeksionist Dariya Namazova RT-yə açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, suçiçəyinə səbəb olan "Varisella-Zoster" virusu sağaldıqdan sonra orqanizmdən tamamilə xaric olmur və sinir düyünlərində passiv vəziyyətdə qala bilir.

Ətraflı
İmmunitet zəiflədikdə virus yenidən aktivləşə bilər. Lakin bu zaman suçiçəyi deyil, kəmərləyici herpes (herpes zoster) inkişaf edir. Xəstəliyin əsas əlamətləri dəridə yanma hissi, ağrı, həssaslıq və daha sonra bədənin məhdud nahiyəsində yaranan qabarcıqlı səpgilərdir.

Mütəxəssis bildirib ki, virusun yenidən aktivləşməsi riski immunçatışmazlığı olan şəxslərdə, orqan transplantasiyasından sonra, onkoloji xəstəliklərin müalicəsi zamanı, immuniteti zəiflədən dərman qəbul edənlərdə və yaşlı insanlarda daha yüksək olur.

Həkim əlavə edib ki, kəmərləyici herpesi olan şəxs əvvəllər suçiçəyi keçirməyən və ya bu xəstəliyə qarşı peyvənd olunmayan insanlara virusu yoluxdura bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 283   Tarix: 09 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hormonal pozuntuların əsas əlamətləri hansılardır? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında endokrin sistem barədə müzakirə aparılıb. Endokrin vəzilər hansı hormonları ifraz edir?. Hormonal pozğunluqların əsas əlamətləri nələrdir?. Qalxanabənzər vəzidə düyünlər nə zaman təhlükəlidir?. Şəkərli diabet necə inkişaf edir? Proqramd

8 avqust
.

Yağ yandırmaq üçün qidalanma qaydalar

Diyetoloqlar yağ yandırma prosesində düzgün qidalanma və fiziki aktivliyin vacib rol oynadığını bildirirlər. Axşam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, orqanizm yağ itirərkən nizamlı rejimə ehtiyac duyur. İdeal yağ yandırma üçün gün ərzində 3 əsas, 1 ara öyünün olması, öyünlər arasınd

19 iyul
.

Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin

Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağa kömək edir. Hər gün milyonlarla insan dişlərini fırçalayarkən fərqinə varmada

24 iyul
.

"Qlobal istiləşməyə qarşı mübarizə üsulları effektsizdir"-Adil Qeybulla

Ölkə ərazisində önümüzdəki günlərdə havanın kəskin istiləşəcəyi və temperaturun yüksələcəyi gözlənilir. Sinoptiklərin xəbərdarlıq etdiyi bu istilər fonunda mütəxəssislər görünən və görünməyən bir çox risklərin ortaya çıxdığını bildirirlər. Yaranmış vəziyyətin həm insan orqanizminə, həm də ekosistem

4 avqust
.

Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir

Boğaz ağrısı daha çox qış aylarında rast gəldiyimiz bir sağlamlıq problemi kimi görünsə də, kondisioner və ya ventilyator qarşısında uzun müddət qalmaq, yaş saçla gəzmək və çox soyuq su içmək kimi bəzi səbəblər yay aylarında da şiddətli boğaz ağrısına yol aça bilir. Yay aylarında normaldan daha cidd

19 iyul
.

Beyini təhdid edən böyük təhlükə: 2050-ci ilədək 139 milyona çata bilər

Ümumdünya Səhiyyə Təşkilatınin (ÜST) məlumatına görə, hazırda dünyada 55 milyondan çox insan demansiyadan əziyyət çəkir. Əhalinin yaşlanması ilə əlaqədar bu göstəricinin 2050-ci ilədək 139 milyona yüksələcəyi proqnozlaşdırılır. Qaynarinfo xəbər verir ki, demansiya yalnız unutqanlıqla məhdudlaşmır. B

30 iyul
.

Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı

Diyetoloqlar bildirirlər ki, məşhur qəlyanaltılar - kartof çipsi, peçenye və qurudulmuş ət məhsulları adətən yüksək miqdarda natrium və doymuş yağ ehtiva etdiyindən ürək sağlamlığı üçün əlverişli seçim sayılmır. Qaynarinfo xəbər verir ki, "Martha Stewart" portalının yazdığına görə, ürək üçü

29 iyul
.

Səhər yeməyi üçün ən faydalı 14 qida

Diyetoloqlar bildirirlər ki, ən faydalı səhər yeməyi orqanizmi zülal, mürəkkəb karbohidratlar, sağlam yağlar, lif və antioksidantlarla təmin edən balanslı qidalanmadır. Belə qidalanma gün ərzində enerjinin sabit qalmasına, diqqətin yaxşılaşmasına, ürək sağlamlığının qorunmasına və maddələr mübadiləsini

4 avqust
.

Su qəbulunu necə artırmaq olar? - 5 faydalı məsləhət

İnsan orqanizminin böyük hissəsi sudan ibarətdir. Su hüceyrələrə qida maddələri və oksigenin daşınmasında, bədən temperaturunun tənzimlənməsində, həmçinin beynin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri diyetoloqları

27 iyul