2 mindən çox insan toya gəldi - Bəylə gəlin başqası oldu

2 mindən çox insan toya gəldi - Bəylə gəlin başqası olduFutbol ulduzu Kristiano Ronaldo ilə bağlı yayılan toy xəbəri Madeyrada maraqlı anlaşılmazlığa səbəb olub.

Axşam.az xəbər verir ki, Ronaldonun sevgilisi Corcina Rodrigeslə bu həftəsonu doğma şəhəri Madeyrada yerləşən Funşal Katedralında evlənəcəyi iddia edilib. Bu xəbərə inanan 2 mindən çox azarkeş kilsənin qarşısına toplaşıb.

Lüks "Rolls-Royce" avtomobili kilsənin qarşısına gələndə isə izdiham daha da böyüyüb. Fanatlar avtomobildəki qadının Corcina olduğunu düşünərək maşını mühasirəyə alıblar.

Lakin qısa müddət sonra məlum olub ki, avtomobildəki qadın Corcina Rodriges deyil. Bu, Fransada yaşayan və doğma şəhərlərində evlənmək üçün Madeyraya gələn Fatimə Nikol Kunha Teyşeyra olub. O, Fabio Ramosla ailə qurub.

Toy mərasiminə gələn qonaqların izdihamın arasından keçməkdə çətinlik çəkdiyi bildirilib. Katedralın keşişi Markuş Qonsalves də cütlüyün Ronaldo və Corcina ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Hadisəyə Kristiano Ronaldonun özü də münasibət bildirib. Yerli "Jornal da Madeira" qəzetinin izdihamın görüntülərini paylaşdığı posta futbolçu beş gülüş emojisi ilə şərh yazıb.

Qeyd edək ki, Kristiano Ronaldo və Corcina Rodriges 2016-cı ildən münasibətdədir. Cütlük 2025-ci ilin avqustunda nişanlandıqlarını açıqlayıb. Onların toyunun vaxtı və yeri ilə bağlı isə rəsmi məlumat verilməyib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1015   Tarix: 09 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb

Misli Premyer Liqasında II turun təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Zirə" - "Neftçi" oyununu FIFA referisi Elçin Məsiyev idarə edəcək. "Araz-Naxçıvan" - "Sabah" görüşündə Rəvan Həmzəzadə, "Sumqayıt"

28 avqust
.

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi 3 futbolçu ilə müqavilə bağladı

"Sabah"ın UEFA Konfrans Liqasındakı rəqibi Norveçin "Vikinq" klubu "transfer pəncərəsi"nin son günündə heyətini 3 yeni futbolçu ilə gücləndirib. "Report" xəbər verir ki, komanda Essyen Bassey, Erik Botheym və Henrik Byordalı heyətinə cəlb edib. 19 yaşlı niderlandl

3 sentyabr
.

"Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c

27 avqust
.

"Sabah"ın yetirməsi Səbuhi Qurbanov "Xankəndi" klubuna keçib

"Sabah" klubunun yetirməsi Səbuhi Qurbanov karyerasını "Xankəndi"də davam etdirəcək. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Xatırladaq ki, Səbuhi Qurbanov "Sabah"ın aşağı yaş üzrə və əvəzedicilərdən ibarər komandalarınd

1 sentyabr
.

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır. "Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 17 yaşlı hücumameyilli yarımmüdafiəç

30 avqust
.

"Vilyarreal" 3 gənc futbolçusunu komandaya cəlb edib

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Vilyarreal" klubu akademiyasının 3 yetirməsi - Karlos Masia, Ruben Qomes və Alassan Diattanı komandaya cəlb edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçular 2026/202

1 sentyabr
.

Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı

Braziliya milli komandası tarixində ən yaxşı bombardir, "Santos"un hücumçusu Neymar "Palmeyras"la oyunda sağ budundan zədə alıb. -ın xəbərinə görə, bu barədə Braziliya klubunun mətbuat xidməti "X" hesabında məlumat verib. Braziliya Kubokunun dörddəbir finalının cavab oyun

5 sentyabr
.

"Qarabağ"ın yeni transferləri oyunu stadiondan izləyirlər

"Qarabağ"ın yeni transferləri olan Taofik İsmael və Reda Khadra komandanın "Tvente"yə qarşı keçirilən pley-off mərhələsinin matçını stadiondan izləyirlər. "Qafqazinfo" xəbər verir ki, hər iki futbolçu VİP lojada yer alır. Belə ki, "Tvente" ilə matçın fasiləsind

27 avqust
.

Mourinyo "Real"da sərt qaydalar tətbiq edib

İspaniyanın "Real" klubunun baş məşqçisi Joze Mourinyo Madrid təmsilçisində gecikməyə görə cəza sistemini dəyişib. xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb. Portuqaliyalı mütəxəssis intizam pozuntularına görə pul cərimələrini ləğv edib. Hazırlıq prosesinə gecikə

2 sentyabr