Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq
"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər".
Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib.
Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr.
Ekspert izah edib ki, oyuncaqların tərkibində udulduqda, nəfəs yollarına daxil olduqda və ya dəri ilə təmas zamanı zərər verə bilən maddələr ola bilər. Bunlara ağır metallar, fenol, formaldehid, müxtəlif boyaq maddələri və ətirləndiricilər daxildir.
"Yumşaq oyuncaqlar məsaməli quruluşa malik olduqları üçün mikroorqanizmlərin toplanması üçün ideal mühit yaradır. Onları tam dezinfeksiya etmək çətindir və onlar tez-tez əllər, döşəmə və tüpürcəklə təmasda olur", - deyə Bolibok əlavə edib.
Həkim həmçinin qeyd edib ki, bu cür oyuncaqlarda toz və ev heyvanlarının tükləri kimi allergenlər də yığıla bilər.
Dördüncü risk qrupu isə fiziki təhlükələrlə bağlıdır. Belə ki, uşaq oyuncağın yaxşı bərkidilməmiş hissələrini udaraq və ya nəfəsinə çəkərək xəsarət ala bilər. Pediatrlar xüsusilə körpələrin beşiyində yumşaq oyuncaqların, yastıqların və ya iri həcmli yorğanların saxlanılmasını tövsiyə etmirlər. Çünki bunlar uşağın tənəffüs yollarını bağlaya bilər.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 108 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA
Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy
14 sentyabr 2021Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz
Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik
17 sentyabr 2021Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI
Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima
12 sentyabr 2021Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı
"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial
13 sentyabr 2021Qızdırma yaradan yeni virus aşkarlanıb
Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"
10 sentyabr 2021Beyin üçün zərərli qidalar açıqlandı
Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl
17 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri
11 sentyabr 2021Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -
13 sentyabr 2021