İlham Əliyev: "Sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır"

İlham Əliyev: "Sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır""Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır".

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

"Bu Forumun dünyanın müxtəlif ölkələrindən hökumətləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, aparıcı şirkətləri, investorları və biznes dairələrini bir daha Bakıda bir araya gətirməsi dərin məmnunluq doğurur.

Builki Forumun mövzusu - "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi" - bu gün xüsusilə aktualdır. Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir, təchizat zəncirləri yenidən formalaşır, yeni nəqliyyat, enerji və texnoloji əlaqələr yaranır. Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda, daha dərin iqtisadi inteqrasiyaya və diversifikasiyaya dəstək verir", - deyə müraciətdə qeyd edilir.

Prezident İlham Əliyev müraciətində bildirib: "Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirib. İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil edib, qeyri-neft sənayesi 1.5 dəfə artıb, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlib. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatıb.

Bu dinamika sabit və proqnozlaşdırıla bilən biznes mühitinə əsaslanır. Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli sahibkarlıq mühiti investorların uzunmüddətli etimadı üçün möhkəm zəmin yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 155   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində sentyabrın 24-də Nyu-Yorkda görüş keçirib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki

25 sentyabr
.

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Cor

25 sentyabr
.

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Video

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub. "Qafqazinfo" xəbər veri

26 sentyabr
.

Azərbaycan xalqı işğalla heç zaman barışmayıb

"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasın

25 sentyabr
.

Azərbaycan Prezidenti: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

"Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazdadır, amma Mərkəzi Asiya regionunda tamhüquqlu üzv olduq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Əlbəttə ki, idarəçilik, inzibatçılıq

26 sentyabr
.

İlham Əliyev: "Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır"

"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb. "Baxışımız enerj

25 sentyabr
.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, "SOCAR, XRG və "TotalEnergies" şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağını

26 sentyabr
.

Ərazi bütövlüyü və suverenliyimiz uğrunda

Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan son illər ərzində daha çox təxribatlar törədir, işğalçı ölkənin silahlı birləşmələri təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini belə hədəf alırdılar. 2020-ci ilin iyul-avqust ayları ərzində Ermənistanın törətdiyi təxriba

25 sentyabr
.

Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi

Prezident İlham Əliyev Forumun iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib

25 sentyabr