Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər.
Bildirilir ki, tiroid vəzi tərəfindən ifraz olunan T3 və T4 hormonları maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır. Bu hormonlar enerji sərfiyyatı, böyümə və inkişaf, tənəffüs və digər mühüm proseslərə təsir göstərir.
Türkiyəli professor Hakan Yabanoğlu tiroid xərçəngi hallarının son illərdə artdığını bildirib. Onun sözlərinə görə, xəstəliyin yaranmasında genetik meyillilik mühüm amillərdən biridir.
Xüsusilə ailəsində tiroid xərçəngi olan şəxslərin daha diqqətli olması tövsiyə edilir. Uşaqlıq və ya gənclik dövründə baş-boyun nahiyəsinin radiasiyaya məruz qalması da xəstəliyin məlum risk faktorları arasında göstərilir.
Tiroid xərçəngi çox vaxt səssiz inkişaf etdiyi üçün xəstələr əksər hallarda boyun nahiyəsində hiss etdikləri kütlə ilə bağlı həkimə müraciət edirlər. Boynun ön və ya yan hissəsində yeni yaranan şişkinlik, getdikcə böyüyən düyün və ya sərt struktur mütləq həkim tərəfindən qiymətləndirilməlidir.
Boğaz ağrısı və öskürək isə hər zaman tiroid xərçənginə işarə etmir. Lakin nadir hallarda səs tellərinə yaxın nahiyədə yaranan şişlər davamlı səs tutulmasına səbəb ola bilər.
Xəstəliyin qiymətləndirilməsində fiziki müayinə və ultrasəs müayinəsi mühüm yer tutur. Ultrasəs zamanı tiroid vəzindəki düyünlərin ölçüsü, quruluşu və şübhəli xüsusiyyətləri araşdırılır. Zəruri hallarda biopsiyası da aparıla bilər.
Tiroid xərçəngi təsdiqləndikdə müalicə xəstəliyin növü və mərhələsinə, şişin ölçüsünə və yayılma vəziyyətinə uyğun müəyyənləşdirilir. Bir çox hallarda əsas müalicə üsullarından biri cərrahi müdaxilədir. Əməliyyat zamanı tiroid vəzinin bir hissəsi və ya tamamı çıxarıla bilər.
Mütəxəssislər bildirirlər ki, hər kəs üçün müəyyən edilmiş standart tiroid xərçəngi skrininq yaşı yoxdur. Bununla belə, ailəsində xəstəlik keçmişi olan şəxslərin həkim nəzarətində olması vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 194 Tarix: 26 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21 sentyabrYatanda işığı açıq saxlamaq ürəyə ziyandır
Gecə yuxusu zamanı işığı açıq qoymaq ürəyin quruluşu və funksiyasında potensial zərərli dəyişikliklərə səbəb ola bilər. Axşam.az xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə saatlarında işığa məruz qalma ilə ürək-damar problemləri arasındakı əlaqə araşdırılıb
20 sentyabrSiqaret qadınlarda sonsuzluq riskini 40 faiz artırır
Siqaret çəkən qadınlarda sonsuzluq riski siqaret çəkməyənlərlə müqayisədə 40 faiz daha yüksəkdir. Siqaret kişilərdə spermanın keyfiyyətini də pisləşdirir və sonsuzluq müalicəsinin uğurlu nəticələnməsi ehtimalını azaldır. xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elm
11 sentyabrD vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu
D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə
23 sentyabrAlimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16 sentyabrQrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
"Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir". xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib. Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:. "Şorbanı
26 sentyabrŞirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda
14 sentyabrAlimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı
ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü
23 sentyabrÜzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
8 sentyabr