"Pekinin mövqeyinə görə, söhbət təkcə hüquqi texniki məsələdən getmir" - BƏHRUZ QULİYEV
"Son günlər Çinlə Yaponiya arasında münasibətlərdə yeni bir mübahisəli mövzu gündəmə gəlib. Söhbət BMT Nizamnaməsində II Dünya müharibəsindən qalma "düşmən dövlət" adlandırılan müddəalardan gedir.
Əvvəlcə məsələni aydınlaşdıraq. BMT Nizamnaməsinin 53, 77 və 107-ci maddələrində II Dünya müharibəsi dövründə BMT-nin qurucu dövlətlərinə qarşı döyüşmüş ölkələrlə bağlı xüsusi müddəalar mövcuddur. 53-cü maddədə hətta "düşmən dövlət" anlayışı II Dünya müharibəsində Nizamnamənin imzaçılarından hər hansı birinin düşməni olmuş dövlət kimi müəyyən edilir. 107-ci maddə isə həmin müharibənin nəticəsi olaraq belə dövlətlərlə bağlı görülmüş və ya səlahiyyət verilmiş tədbirlərin Nizamnamə tərəfindən avtomatik olaraq məhdudlaşdırılmadığını bildirir.
Amma burada mühüm bir məqam var ki, bunu bu gün Çin və ya başqa bir dövlətin Yaponiyaya istədiyi vaxt, heç bir prosedur olmadan sanksiya tətbiq edə bilməsi kimi başa düşmək düzgün deyil. Bu müddəalar 1945-ci ilin siyasi-hüquqi reallıqlarından qalan normalardır.
Hətta BMT Baş Assambleyası 1995-ci ildə bu müddəaları artıq köhnəlmiş hesab edib və onların Nizamnamədən çıxarılması prosedurunun başlanmasını nəzərdə tutan qətnamə qəbul edib. 2005-ci ildə də onların silinməsinə dair siyasi iradə bir daha ifadə olunub. Lakin Nizamnaməyə dəyişiklik edilməsi ayrıca mürəkkəb prosedur tələb etdiyindən həmin ifadələr bu gün də mətnin içərisində qalır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki," indi, bu ərəfədə məsələ niyə yenidən qızışıb?" gəlin bu suala aydınlıq gətirək.
Yaponiyanın Baş naziri Sanae Takaichi sentyabrın 22-də BMT Baş Assambleyasındakı çıxışında açıq şəkildə bildirib ki, "düşmən dövlət" müddəaları Nizamnamədən çıxarılmalıdır. Tokio bunu artıq tarixdə qalmış, müasir beynəlxalq münasibətləri əks etdirməyən müddəaların aradan qaldırılması kimi təqdim edir.
Çin isə buna etiraz edir. Pekinin mövqeyinə görə, söhbət təkcə hüquqi texniki məsələdən getmir. Çin Yaponiyanın hərbi siyasətindəki dəyişiklikləri, xüsusilə təhlükəsizlik və Tayvan məsələsində Tokio tərəfindən səsləndirilən mövqeləri II Dünya müharibəsindən sonrakı regional nizam kontekstində qiymətləndirir. Çin BMT-dəki son çıxışında da bu müddəaların hələ Nizamnamədə olduğunu və onların əhəmiyyətini vurğulayıb.
"Deməli, burada məsələnin görünən tərəfi hüquqi mübahisədir, dərinliyində isə Çinlə Yaponiya arasında daha geniş geosiyasi rəqabət dayanır. Bir tərəfdə Yaponiyanın öz təhlükəsizlik imkanlarını genişləndirmək və beynəlxalq sistemdə daha fəal rol oynamaq cəhdi, digər tərəfdə isə Çinin Asiya-Sakit okean regionunda II Dünya müharibəsindən sonra formalaşmış nizamın dəyişdirilməsinə ehtiyatla yanaşması var.
Ona görə də bu məsələni sadəcə "köhnə bir maddə yenidən xatırlandı" kimi qiymətləndirmək doğru olmaz. Əslində, bu, Çin-Yaponiya münasibətlərində tarixin, hüququn və müasir geosiyasətin bir nöqtədə kəsişməsidir.
Və görünən odur ki, tərəflər arasındakı fikir ayrılığı təkcə keçmişə münasibətlə bağlı deyil, həm də Asiyanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı fərqli baxışlardan qaynaqlanır." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA