Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycan dövlətçiliyinin yeni mərhələsi

Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycan dövlətçiliyinin yeni mərhələsi"XX əsrin sonlarında geosiyasi xəritənin dəyişməsi, xüsusilə SSRİ-nin dağılması postsovet məkanında mürəkkəb proseslərə yol açdı. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, 1991-1993-cü illər ölkənin siyasi tarixinə dərin böhran, vətəndaş qarşıdurmaları, separatizm və müharibə məğlubiyyətləri dövrü kimi daxil oldu. Dövlətin mövcudluğu təhlükə altında idi: mərkəzi hakimiyyət zəifləmiş, orduda parçalanmalar baş vermiş, ölkə ərazisinin 20 faizi işğal olunmuşdu".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında müharibə veteranı, polkovnik Həbib Məmmədov bildirib.

"Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir şəraitdə 1993-cü il 9 iyunda xalqın tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev 15 iyunda Milli Məclisin sədri seçildi və 3 oktyabrda keçirilən ümumxalq səsverməsində Azərbaycan Respublikasının Prezidenti oldu. Bu gün yalnız siyasi liderin hakimiyyətə dönüşü deyil, həm də müstəqil dövlətçiliyimizin xilası və davamlı inkişaf yoluna çıxışı kimi tarixləşdi.

1991-1993-cü illərdəki böhranlı dövr Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Silahlı dəstələrin nəzarətsiz fəaliyyəti, Gəncə hadisələri, dövlət çevrilişi cəhdləri və müharibədə ardıcıl məğlubiyyətlər ölkənin mövcudluğunu şübhə altına almışdı. Heydər Əliyevin 3 oktyabrda Prezident seçilməsi xalqın dövlətçilik naminə etdiyi xilaskarlıq seçimi idi. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Heydər Əliyev prezident seçildikdən sonra qısa müddətdə sabitliyi təmin etməyə nail oldu. Onun ilk tədbirləri sırasında qeyri-qanuni silahlı dəstələrin tərksilah edilməsi, ordu quruculuğunun başlanması, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və hüquqi dövlət quruculuğuna start verilməsi dayanırdı. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən yeni Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını təsbit etdi. Bu, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində dönüş mərhələsi oldu.

Heydər Əliyev qısa zamanda əsaslı tədbirlər həyata keçirdi: Siyasi sabitlik - dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi; Ordu quruculuğu - milli ordunun əsasları qoyuldu, hərbi nizam-intizam təmin olundu; Hüquqi dövlətin təməli - 1995-ci ildə qəbul olunan Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlətin bünövrəsini formalaşdırdı; Milli həmrəylik - siyasi parçalanmaya son qoyularaq, dövlətçilik ideyası ətrafında xalq birliyi təmin olundu.

Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi" sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Heydər Əliyev bu müqaviləni Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasında həlledici addım kimi qiymətləndirilir.

Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır.

1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir. Heydər Əliyevin siyasi irsi qurtuluşdan başlayaraq inkişaf və zəfərə qədər uzanan dövlətçilik konsepsiyasıdır. Bu konsepsiya müstəqil Azərbaycan dövlətinin tarixi taleyini yalnız qorumaqla kifayətlənməmiş, onu güclü və nüfuzlu regional aktora çevirmişdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 254   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI

2 oktyabr
.

Hikmət Hacıyev: "Zəngəzur dəhlizini məcazi mənada Panama kanalı kimi görə bilərik"

"Amerika xalqının siyasi seçimindən asılı olmayaraq, gələcək administrasiyaların sülh gündəliyinə və buna bağlı olaraq regiona sadiq qalacaqlarına əminik". xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

2 oktyabr
.

"Pekinin mövqeyinə görə, söhbət təkcə hüquqi texniki məsələdən getmir" - BƏHRUZ QULİYEV

"Son günlər Çinlə Yaponiya arasında münasibətlərdə yeni bir mübahisəli mövzu gündəmə gəlib. Söhbət BMT Nizamnaməsində II Dünya müharibəsindən qalma "düşmən dövlət" adlandırılan müddəalardan gedir. Əvvəlcə məsələni aydınlaşdıraq. BMT Nizamnaməsinin 53, 77 və 107-ci maddələrində II Düny

30 sentyabr
.

YAP-ın Sədri: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

"İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev təşkilatın VII Qurultayında çıxışı zamanı deyib. VII qurultayı

2 oktyabr
.

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən

1 oktyabr
.

1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

1 oktyabr
.

4 oktyabr - Cəbrayıl şəhəri günü dövlətçilik tariximizin şanlı səhifəsidir

Üçrəngli bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş yurdumuzun hər qarışında, eyni zamanda düşmən əsarətindən azad edilən torpaqlarda əzəmətlə dalğalanır. Düşmən işğalında

1 oktyabr
.

Böyük Qələbəyə gedən yolun müjdəçisi

İşğal illərində Cəbrayılın 1 şəhər, 4 qəsəbə və 92 kəndi təcavüzkar ölkənin əsarətinə keçmiş, rayona təxminən 13,9 milyard dollar məbləğində ziyan dəymişdir. Erməni vandalizminin ağlasığmaz dağıdıcı təsirlərinə məruz qalan rayonun 1050 kv. km-lik ərasindəki 52 min nəfər əhalinin əmlakı və sərvəti, eləc

1 oktyabr
.

İlham Əliyev: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımında

1 oktyabr