27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Məhz bu tarixdə Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırılıb.

27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi.

Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə, mümkün deyil. Qırılan talelər, yarım qalan ömürlər, geridönməz xoşgünlər, əvəzsiz xatirələr.

Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1050 kvadrat kilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.

Hazırda bütün Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri görülür, nəhəng layihələr həyata keçirilir. "Araz Vadisi İqtisadi Zonası"nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılmışdır. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir. SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşası baş çatıb. "Cəbrayıl" yarımstansiyanın açılışı keçirilib. Həmçinin, "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin təməlqoyma mərasimləri keçirilib.

Həmçinin Prezident İlham Əliyev tərəfindən alkoqolsuz içki məhsulları kompleksinin Cəbrayılda təməli qoyulub. "Azərsun Holding" MMC trəfindən inşa edilən bu kompleksin ümumi ərazisi 20 min kvadratmetr olan bina və tikililərində qazlı və qazsız su, soyuq çay və qəhvə, limonad və meyvə şirələrinin istehsalı nəzərdə tutulub. İlkin mərhələdə 35 milyon manat dəyərində investisiya qoyuluşu nəzərdə tutulan kompleks tam gücü ilə istifadəyə verildikdən sonra Cəbrayıla köçən 300 yerli sakin kompleksdə işlə təmin ediləcək.
Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur qurulur. Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır.

Prezident İlham Əliyevin ötən 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Zəfər yolunun başlanğıcı, ilk azad edilən şəhər kimi oktyabrın 4-ü Cəbrayılın azadlığının təntənə günüdür. Cəbrayıllılar və bütün Azərbaycan xalqı bu günü böyük təmtəraqla qeyd edirlər.
Sevindirici haldır ki, artıq azad Cəbrayıla keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 182   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

4 Oktyabr - Cəbrayılın tarixinə həkk edilən gün

Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad

1 oktyabr
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30 sentyabr
.

Ölkənin taleyini dəyişən seçkilər

"1991-ci il oktyabrın 18-də müstəqilliyini elan edən Azərbaycan Respublikasında müstəqilliyin ilk illərində özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Hakimiyyətdə yaranan böşluqdan istifadə edən Erməni separatçıları təcavüzü gücləndirir və bir-birinin ardı ilə əraziləri işğal edirdi. Ölkəd

1 oktyabr
.

Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycan dövlətçiliyinin yeni mərhələsi

"XX əsrin sonlarında geosiyasi xəritənin dəyişməsi, xüsusilə SSRİ-nin dağılması postsovet məkanında mürəkkəb proseslərə yol açdı. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, 1991-1993-cü illər ölkənin siyasi tarixinə dərin böhran, vətəndaş qarşıdurmaları, separatizm və müharib

1 oktyabr
.

Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"

"Ermənistan Konstitusiyasının dəyişdirilməsi, xüsusən də Azərbaycana qarşı ərazi iddialarının çıxarılması kimi son yekun məqamı gözləyirik". xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıye

2 oktyabr
.

İlham Əliyev: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımında

1 oktyabr
.

Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

"Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasını

2 oktyabr
.

İlham Əliyev Si Cinpini təbrik etdi

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə sizi və sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdə

1 oktyabr
.

İnkişafa, tərəqqiyə gedən yolun başlanğıcı

Xalqı tarixdə yaşadan onu yetirdiyi böyük şəxsiyyətlərdir. Azərbaycan xalqının yetirdiyi şəxsiyyətlərdən biri də xalqımızın böyük oğlu, Ulu Öndər, türk dünyasının fəxri Heydər Əliyevdir. Mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, təhsilinin zənginləşdirilməsinə, gənclərin fizik

1 oktyabr