Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir

Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirirBakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin keçirilməsi Azərbaycanın beynəlxalq siyasi mövqeyinin möhkəmlənməsinə və Asiya ölkələri ilə münasibətlərinin inkişafına mühüm töhfə verəcək. Bu töhfələr olduqca əhəmiyyətlidir.
Bu gün Azərbaycan artıq orta güc kimi beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir. Ölkəmizin dünyada nüfuzu getdikcə artır, Azərbaycan mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə, siyasi əlaqələrinin genişlənməsinə və ümumi inkişafına öz töhfəsini verir.
Azərbaycan bütün istiqamətlərdə öz imkanlarını və beynəlxalq əməkdaşlıq potensialını genişləndirir. Bu da öz növbəsində dövlətlərarası münasibətlərin inkişafına, qarşılıqlı etimadın və həmrəyliyin güclənməsinə xidmət edir.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, dövlətimizin başçısı bununla bağlı deyib: "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovaraq etnik təmizləmə həyata keçirib və Azərbaycana qarşı hərbi təcavüz edib. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.
Qeyd edilib ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatları nəticəsində azərbaycanlı hərbçilər həlak olublar. Bununla da, Azərbaycan xalqının səbri tükənmişdir. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib və 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib: BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. "İşğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər", - deyə dövlətimizin başçısı vurğulayıb.
Dövlətimizin başçısı müharibənin bizim seçimimiz olmadığını bildirərək deyib ki, bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısının yanıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: "Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar".
Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Dövlətimizin başçısı sammitdəki çıxışında qeyd edib: "Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür".
Oktyabrın 15-də Bakıda müxtəlif ölkələrin prezidentlərinin və çoxsaylı xarici qonaqların iştirakı Azərbaycanın beynəlxalq əhəmiyyətini, diplomatik imkanlarını və dövlətimizin gücünü bir daha nümayiş etdirir. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə və ölkəmizin nüfuzunun artmasına mühüm töhfə verir.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 353   Tarix: 19 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib

"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu" təsdiq edilib. AZƏRTAC-a istinadə

20 oktyabr
.

Qubadlının ölkə üçün strateji əhəmiyyəti

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən mühüm bir ərazidir. Bu rayonun coğrafi mövqeyi onun strateji əhəmiyyətini artırır, çünki o, həm təbii gözəllikləri, həm də zəngin təbii resursları ilə tanınır. Rayon Azərbaycanın təbii landşaftını və tarixi-coğraf

22 oktyabr
.

Prezident bu sazişi təsdiq etdi

"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, sentyabrı

21 oktyabr
.

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva "X" hesabında paylaşıb. Onun sözlərinə görə, nahar formatında təşkil edilən görü

21 oktyabr
.

Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür

2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda

22 oktyabr
.

Türkiyə dövləti və xalqı deyil, AKP hakimiyyəti hədəfdədir: Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq istəyənlərin məqsədi nədir?

Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi qüvvələrin, dini-ideoloji qrupların və gündəlik siyasi maraqların fövqündə dayanan strateji tərəfdaşlıqdır. Bu münasibətlər tarixi qardaşlığa, ortaq maraqlara, qarşılıqlı etimada və iki dövlətin müstəqil siyasi iradəsinə əsaslanır. Məhz buna görə də Türkiyədək

19 oktyabr
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

22 oktyabr
.

Anar Bayramov nazir təyin olundu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov bu təyinata qədər TƏBİB-in icraçı direktoru olub

19 oktyabr
.

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün Azərbaycan üçün əsas iqtisadi faydalarından biri Asiya ölkələri ilə ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanlarıdır. Asiya dünya iqtisadiyyatının mühüm mərkəzlərini, geniş istehlak bazarlarını və müxtəli

19 oktyabr