Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video
Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir.
Məsələ ilə bağlı yataqxana rəhbərinə aid olduğu deyilən səsyazısı da yayılıb. Səsyazısında səsləndirilən fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yataqxananın rəhbəri iddialara münasibət bildirərək hadisənin təsadüfən baş verdiyini deyib. Onun sözlərinə görə, həmin şəxs özündə olmayıb və ayaqyoluya getmək istədiyini bildirib. Qızlar isə onun yataqxananın bu hissəsinə keçməsinin qadağan olduğunu deyərək etiraz ediblər. Şəxsin yataqxananı tərk etmədiyini görən tələbələr kömək üçün qışqırıblar.
Onun sözlərinə görə, mühafizəçi həmin vaxt tələbələr üçün çay hazırlamaq və yeməkxananı səliqəyə salmaq məqsədilə postundan qısa müddətə ayrılıb. Tələbələrin həyəcan siqnalını işə salmasından sonra isə polis əməkdaşları əraziyə gəliblər.
Yataqxanada qalan tələbələr isə bildiriblər ki, kişi qohumlarının belə yataqxananın daxilinə keçməsinə icazə verilmir. Ərazidə həm içəridə, həm də çöldə mühafizə xidməti fəaliyyət göstərir.
Baku TV-nin əldə etdiyi məlumata görə, hadisədə adı çəkilən şəxs polis tərəfindən müəyyən edilib və barəsində qanunvericiliyə uyğun tədbir görülüb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 473 Tarix: 29 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də
30 oktyabrCeyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusun
29 oktyabrMəktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə
29 oktyabrMehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
30 oktyabrBu il həbsxanalarda 3 uşaq doğulub
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. -a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici digər illərlə müqayisədə azdır. Son 5 ildə ən yüksək göstərici isə 2024-cü ildə qeydə alınıb. Son beş ildə cəzaçəkmə müəssisəsində qeydə alınan doğumlar:. 2021-c
29 oktyabr