"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib.
Sərgidə ölkəmizlə yanaşı, 18 ölkəni təmsil edən 163 şirkət iştirak edib. Tədbir çərçivəsində faydalı qazıntıların hasilatı və emalı üçün müasir avadanlıqlar, innovativ texnologiyalar, laboratoriya sistemləri və sənayedə tətbiq olunan rəqəmsal həllər nümayiş etdirilib.
Sərgidə xüsusi stendlə təmsil olunan "AzerGold" QSC beynəlxalq tərəfdaşlara və ziyarətçilərə şirkətin 10 illik fəaliyyət dövründə əldə etdiyi nailiyyətlər, ölkə iqtisadiyyatına verdiyi töhfələr və gələcək inkişaf istiqamətləri barədə məlumat təqdim edib. Bununla yanaşı, stenddə şirkətin Özbəkistanda təsis etdiyi ilk xarici törəmə müəssisəsi - "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti, ölkədə həyata keçirilməsi nəzərdə tutulan geoloji kəşfiyyat işləri və perspektiv birgə layihələr barədə məlumat verilib.
Stendin ziyarətçilərinə virtual reallıq (VR) texnologiyası vasitəsilə Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə virtual səyahət etmək imkanı yaradılıb. İştirakçılar faydalı qazıntıların hasilatından qızıl-gümüş xəlitəsinin əldə edilməsinədək istehsal prosesinin əsas mərhələləri ilə tanış olublar.
Bununla yanaşı, "AzerGold" QSC-nin qızıl və gümüş məhsulları sərgidə nümayiş etdirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş, "Smartminting" texnologiyası ilə 3D formatında hazırlanmış "100 il və onun fövqündə bir irs" adlı unikal qızıl sikkə, "Qarabağ" kolleksiyası və Azərbaycanın təbiətini, tarixini, incəsənətini, müasirliyini və qədim ənənələrini əks etdirən ümumilikdə 27 çeşiddə sikkə ziyarətçilərin böyük marağına səbəb olub. "AzerGold" ilk dəfə təmsil olunduğu 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisinin "Ən yaxşı məhsul təqdimatı" nominasiyası üzrə mükafata layiq görülüb.
Qeyd edək ki, "MiningMetals" sərgisi bu günədək 41 ölkədən 1723 şirkət və brendi bir araya gətirib, ekspozisiyanı ümumilikdə 79 827 nəfər ziyarət edib. Beynəlxalq dağ-mədən və metallurgiya sənayesinin mühüm platformalarından olan sərgi təcrübə mübadiləsi, yeni işgüzar əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə imkan yaradır.










Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Ən faydalı və ən zərərli balıq növləri
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
"Sevgi təkbaşına kifayət etmir"
"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA