Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQSon dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynaya bilər. Problemin həlli isə yalnız məktəbdaxili intizam tədbirləri ilə məhdudlaşmamalı, uşaqların düzgün davranış modelləri əsasında yetişdirilməsi də diqqətdə saxlanılmalıdır.

Bəs, məktəblərdə fiziki zorakılıq hallarının yaranmasına və yayılmasına təsir edən əsas sosial səbəblər hansılardır? Bu problemin qarşısını almaq üçün ailə və məktəb hansı birgə addımları atmalı, şagirdlər arasında sağlam ünsiyyət və zorakılığa qarşı davranış mədəniyyəti necə formalaşdırılmalıdır?
Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, müasir dövrdə məktəblərdə, xüsusilə orta təhsil müəssisələrində şagirdlər arasında aqressiv davranışların artması yalnız Azərbaycana xas problem deyil.

"Dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da, Niderlandda və digər Avropa dövlətlərində də bu cür hallarla qarşılaşırıq. Belə hadisələrin sosial şəbəkələrdən istifadənin geniş yayıldığı və bu sahədə məhdudiyyətlərin az olduğu cəmiyyətlərdə daha çox müşahidə edilməsi diqqət çəkir. Məhz buna görə Avropa ölkələrində və ABŞ-da sosial şəbəkələrdən istifadə ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi məsələsi getdikcə daha geniş müzakirə olunur.

Lakin problemi yalnız sosial şəbəkələrlə əlaqələndirmək düzgün olmaz. Bu gün uşaqlar televiziya kanalları vasitəsilə də çoxsaylı verilişlərə və filmlərə baxırlar. Həmin ekran əsərlərində zorakılıq, aqressiya və münasibətlərdə gərginlik yaradan süjetlərin çoxluğu uşaqların və yeniyetmələrin dünyagörüşünə, psixoloji vəziyyətinə təsir göstərir. Bu məzmunlar onların özlərini ifadə etmək və problemləri həll etmək üçün zorakı üsullara meyil göstərməsinə səbəb ola bilər.

Eyni zamanda, kinoteatrlarda və digər nümayiş məkanlarında yüksək səs effektləri, xüsusi eynəklərlə izlənilən animasiya və filmlərin yaratdığı immersiv mühit də uşaqların emosional vəziyyətinə təsir edə bilər. Belə təcrübələr həyəcan və həssaslığı artırmaqla yanaşı, bəzi hallarda mənfi psixoloji təsirlərə də yol aça bilər.

Nəticədə uşaqların həyatında ailə və təhsil mühitindən fərqli dəyərlər və davranış modelləri formalaşır. Bu isə ailə, məktəb və uşaqların qarşılaşdıqları yeni həyat tərzi arasında müəyyən uçurum yaradır. Həmin ziddiyyətlər bəzən şagirdlərin məktəbdə emosional, gərgin və aqressiv davranışlarında özünü göstərir.

Zorakı davranışların şəhər məktəblərində daha çox müşahidə olunmasının səbəblərindən biri də şəhər mühitində uşaqların müxtəlif informasiya mənbələrinə, fərqli həyat tərzlərinə və emosional təsir gücü yüksək olan məzmunlara daha çox məruz qalmasıdır.

Bu baxımdan ailə və məktəbin birgə maarifləndirmə işləri aparmasına ehtiyac var. Lakin müasir dövrdə uşaqların və yeniyetmələrin psixologiyasına təsir edən amillər o qədər çoxalıb ki, yalnız ailə və məktəbin səyləri ilə problemin tam həllinə nail olmaq çətindir. Əsrlərdir bu iki institut uşaqların tərbiyəsində mühüm rol oynasa da, hazırkı dövrdə onların qarşılaşdığı təsirlərin miqyası xeyli genişlənib.

Buna görə də təhsil sistemində və ailələrlə iş sahəsində yeni maarifləndirici institutların yaradılmasına ehtiyac var. Belə qurumlar həm məktəbəqədər dövrdə, həm də məktəb illərində uşaqlarla, valideynlərlə və müəllimlərlə fərdi və kollektiv şəkildə işləməlidir. Bu təsisatların xüsusilə şəhərlərdə geniş şəbəkəsinin yaradılması, Almaniya və digər ölkələrin təcrübəsinin öyrənilməsi faydalı ola bilər.

Ailə və məktəb uşaqların tərbiyəsi və davranışlarının formalaşmasında əsas rolunu qoruyub saxlamalıdır. Bununla belə, müasir şagird və yeniyetmələrin psixologiyasında müşahidə olunan aqressivliyin azaldılması, zorakı davranışların qarşısının alınması və münasibətlərin düzgün tənzimlənməsi üçün bu iki institutun əməkdaşlığı ilə yanaşı, əlavə maarifləndirici mexanizmlərin də yaradılması vacibdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 306   Tarix: 30 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA

Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları

29 oktyabr
.

WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA

Son dövrlər mesajlaşma tətbiqlərində istifadəçi hesablarının ələ keçirilməsi halları kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Dələduzlar müxtəlif aldatma üsullarından, saxta mesaj və keçidlərdən, eləcə də təsdiq kodlarını ələ keçirmək cəhdlərindən istifadə edərək vətəndaşların şəxsi yazışmaların

29 oktyabr
.

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. xəbər verir ki, lotereya "AZA

29 oktyabr
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib. Sərgidə ölkəmizlə yanaşı, 18 ölkən

29 oktyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü

29 oktyabr
.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

29 oktyabr
.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30 oktyabr